Elektron Ticarətdə Tətbiq Edilən Strategiyalar
Year: 2023
Type: article
Abstract: Dünya iqtisadiyyatındakı müasir tendensiyalar bir çox məsələlərdə yeni çağırışları ortaya qoydu və dünya ölkələrinin milli iqtisadiyyatlarının müxtəlif sahələrinin təkmilləşdirilməsinə və yeni istiqamətlərinin müəyyənləşdirilməsinə səbəb oldu. Qlobal iqtisadi problemlər kontekstində vacib bir məsələ hər bir ölkənin iqtisadiyyatının prioritet sahələrinin inkişafını sürətləndirmək və qlobal təhdidlərə daha adekvat müqavimət göstərən yeni iqtisadi mexanizmlərin inkişafı və dövriyyəyə buraxılmasıdır. Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi təhdidlər kontekstində ciddi problemlərlə üzləşir. Lakin son onilliyin dayanıqlı, balanslaşdırılmış iqtisadi siyasəti və iqtisadi islahatları, eləcə də müasir texnologiyalar əsasında iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı nəticəsində ölkəmizin iqtisadiyyatı qlobal təhlükələrə qarşı müqavimət göstərmişdir. Müstəqillikdən sonra Azərbaycan öz iqtisadiyyatını liberal dəyərlərə əsaslanan sistemin sürətlə formalaşması yoluna qoydu. Zəngin təbii sərvətləri sayəsində ölkəyə xarici investisiyalar əsasən neft sektoruna yönəldilirdi. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına strateji yanaşma mövcuddur və artıq böyük sənaye mərkəzlərində, iqtisadi zonalarda və ölkənin bəzi yerlərində texnoparklar, sənaye zonaları, aqroparklar və s.ölkəmizdə qeyri-neft sektorunun inkişafına strateji yanaşma mövcuddur və artıq böyük sənaye mərkəzlərində, iqtisadi zonalarda və ölkənin bəzi yerlərində texnoparklar, sənaye zonaları, aqroparklar və s. fəal şəkildə yaradılır. Yaxın gələcəkdə Azərbaycanda qeyri-neft sektorunun inkişaf problemlərinin həllinə yönəlmiş müasir proseslərin daha da intensivləşəcəyini proqnozlaşdırmaq olar. Bu da öz növbəsində ölkəmizin iqtisadi inkişafının artmasında və qlobal təhdidlər qarşısında yaranan problem və çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayacaqdır. Açar sözlər: e-ticarət, strategiya.ş iqtisadiyyat, prioritet, sənaye.
Language: Azerbaijani
Subfield: Business and International Management
Domain: Social Sciences
Open Access status: diamond
OpenAlex ID: W4388629873
