Year: 2025
Type: article
Abstract: KÜR-ARAZ OVALIĞININ TORPAQ-EKOLOJĠ SƏCĠYYƏSĠTəqdim olunan məqalədə Kür-Araz ovalığının Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə 1:200000 miqyaslı torpaq хəritəsi əsasında, regionda formalaşmış torpaq tiplərinin hər biri üzrə torpaq-ekoloji şəraiti, coğrafi mövqeyi,dəniz səviyyəsindən hündürlüyü və diaqnostik əlamətləri təhlil edilmişdir.Torpaqların fiziki, kimyəvi və fiziki-kimyəvi göstəriciləri müvafiq şkalalara uyğun olaraq qiymətləndirilmişdir. Ovalıqda dominantlıq təşkil edən boz-çəmən torpaqların müqayisəli səciyyəsini aparmaq məqsədilə, Şimali Muğan və Salyan düzü şəraitində müхtəlif kənd təsərrüfatı bitkiləri altında və torpaqda torpaqların əsas diaqnostik göstəriciləri nəzərdən keçirilmişdir.Açar sözlər: torpaq tipləri, torpaq хəritəsi,diaqnostik göstəricilər, torpaq-iqlim Ģəraiti Giriş Yer -yeganə planet olaraq münbit səthətorpağ örtüyünə malikdir ki, bu da öz növbəsində onun kontinental hissəsində təbiətin əsasını təĢkil edir.Bu barədə böyük ensiklopedik alim olan M.V.Lomonosov, hələ 1763-cü ildə özünün məĢhur traktatında yazırdı: "Torpaq materiyanın ilkin təbii bir cismi olmayıb, bitki və heyvan qalıqlarının uzun müddət ərzində çürüməsi nəticəsində meydana gəlmiĢdir".V.V.Dokuçayev (1846-1903) klassik əsərlərində ilk dəfə olaraq torpağı inert olmayıb, dinamik cisim Ģəklində hesab edərək sübut etmiĢdir ki, torpaq, daхilində çox sayda canlı yaĢayan və eyni zamanda kifayət qədər mürəkkəb xüsusiyyətlərə malik olan bioinert ölü deyil, canlı bir cisimdir.Torpaq süxurların səthində baĢ verən mürəkkəb kimyəvi, fiziki, fiziki-kimyəvi və bioloji proseslər nəticəsində əmələ gəlmiĢdir [18].TorpaqĢünaslıq -V.V.Dokuçayevin genetik torpaqĢünaslığın əsas ideyalarını formalaĢdırmasından keçən müddətdə müasir təbiət elminin geniĢ və mühüm sahəsinə çevrilmiĢ genetik torpaqĢünaslıq, elmlər iyerarxiyasında olan botanika, geologiya, zoologiya, və iqlimĢünaslıq elmləri sırasında layiqli yerini tutdu [19].Akademik B.B.Polınov [26] ilk növbədə V.V.Dokuçayevin torpaq profili və üzvi bütövlükdə landĢaft haqqında fikirləri bir-biri ilə sıx əlaqələndirməsi ilə bağlı fikirlərinin əsas tərəfini qeyd etdi.Lakin sonradan rus torpaqĢünaslığının inkiĢafı bu torpaq ideyasını dərinləĢdirmək istiqamətində deyil, birtərəfli Ģəkildə getdi.B.B.Polınov [26] qeyd edir ki, "torpaq əmələ gətirən amil kimi iqlim birinci yerə qoyuldu və o, torpaqĢünasların fikirlərində tədricən landĢaftı nəinki örtdü, hətta onu demək olar ki, tamamilə məhv etdi".Bu prosesi xarakterizə etmək üçün, məsələn, K.D.Qlinkanın [16] endodinamomorf torpaqları ektodinamomorf torpaqlara qarĢı qoyması son dərəcə maraqlıdır.Xarakterik xüsusiyyətləri sırf yerli səbəblərlə müəyyən edilən çürüntülü-karbonatlı torpaqlar və ya Ģam meĢəsi qumları kimi bir sıra torpaqlar bir növ anomaliya kimi ümumiyyətlə nəzərə alınmırdı.B.B.Polınov
Source: Xəbərlər məcmuəsi.
Authors: Sh.I. Mammadova, A.M. Karimov, N.I. Gambarova
Language: English
Subfield: Management, Monitoring, Policy and Law
Field: Environmental Science
Domain: Physical Sciences
SDG: Life on land
Open Access status: bronze
OpenAlex ID: W4409275255
