Year: 2025
Type: article
Abstract: GƏNCƏ TARİXİ ORTA ƏSRLƏR YAZILI MƏNBƏLƏRİNDƏ Məqalədə XIII əsrin əvvəllərinə aid, fars dilində yazılmış " Əcaib-əd-Dünya" adlı əsərdə, Yaqut Əl-Həməvinin "Mucəm əl-Buldan" əsərində, həmçinin orta əsr ərəb səyyahlarının öz kitablarında Gəncə şəhəri barədə göstərilən qeydlər araşdırılıb.Bununla yanaşı, XVII əsrdə Gəncədə olmuş türk səyyahı Övliya Çələbinin "Səyahət kitabı"nda bu qədim şəhər haqqında verdiyi məlumatlar, Gəncənin əsrlər boyu savaşların meydanı olması kimi məsələlər işıqlandırılmışdır.Açar sözlər: Gəncə, yazılı mənbələr, Gəncə orta əsrlərdə, XVII əsr müəlliflərinin əsərlərində Gəncə Giriş Azərbaycanın qədim şəhərlərindən biri olan qədim Gəncənin xarabalıqları müasir Gəncə şəhərinin 6-7 km şimal-şərqindədir.Bütün inkişaf etmiş və orta əsr Azərbaycan ərazisində mövcud olan paytaxt şəhərlər kimi Gəncə şəhəri də qala divarları ilə əhatə olunmuşdur.Hazırda qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir.Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da, bu işlər tamamilə yekunlaşdırılmayıb.Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb.Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib. Ümumiyyətlə, qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı, Nizami Gəncəvi dövründə, yəni XII əsrdə ən yüksək inkişaf mərhələsinə çatdığı, monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir.Lakin sonradan şəhər yenidən bərpa edilərək böyük ticarət mərkəzinə çevrilmişdi.Hələ XI əsrdə həyatının əsas hissəsini Gəncədə hökmdar sarayında yaşamış Qətran Təbrizi Gəncəni "cənnət bağçası"na bənzətmişdir.XIII əsrin əvvəllərində fars dilində yazılmış "Əcaib-əd-Dünya" adlı əsərdə Gəncənin sıx əhalisi olan inkişaf etmiş paytaxt şəhəri olduğu qeyd edilir: "Bu Arranda böyük şəhərdir və onun paytaxtıdır.Möhkəm qalası və istehkamları var.Sıx əhalisi olan və inkişaf edən şəhərdir.Onun əhalisi bacarıqlı və ağıllıdır".[1, s. 220] XII əsrin sonu -XIII yüzilliyin əvvəllərində yaşamış yunan əsilli ərəb coğrafiyaşünası və səyyah Yaqut Əl-Həməvi də "Mucəm əl-Buldan" əsərində Arran vilayətinin şəhərləri içərisində Gəncənin adını çəkir və bildirir ki, "Arran geniş bir vilayətin ərəbcə olmayan adıdır, çoxlu şəhərləri var.Onların içində Gənzə şəhəri (xalq onu "Gəncə" adlandırır), Bərdə, Şəmkir, Beyləqan şəhərləri vardır".[3, s.183] Gəncənin Arran vilayətinin inkişaf etmiş, bol bəhrəli, mülayim iqlimə malik bir məkan olduğunu XIV əsr tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini belə qeyd edir: Seçmə şəhərlər var cəmi bir neçə, Bütöv xəzinədir Arranda Gəncə İctimai və humanitar elmlər 11, №1, 2025, səh.84-87
Source: Xəbərlər məcmuəsi.
Author: Ruzia Akif Abdullayeva
Language: English
Topic: Eurasian Exchange Networks
Subfield: Anthropology
Field: Social Sciences
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4409300660
