Year: 2025
Type: article
Abstract: Sumqayıtın iqtisadi inkişafında yeni bir mərhələnin əsası qoyuldu.2014-2018-ci illərdə Sumqayıt iqtisadiyyatı illər üzrə yüksələn xətlə inkişaf etmişdir.Əsas hissə.2014-cü ilin I rübü ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Sumqayıtda müasir istehsal səhələri yaradılmış və istifadəyə verilmişdir.Prezidentin sərəncamı ilə 2014-cü il ölkədə "Sənaye ili" elan edilmişdir.Yeni və müasir müəssisələrin məhz bu il istifadəyə verilməsi sənaye ilinin bir daha uğurlu olacağından xəbər verir.Dövlətimizin başçısı cari ilin fevral ayının 25-də Sumqayıta növbəti səfərini etmiş, bir sıra yeni müəssisələrin açılışında iştirak etmişdir.Azərbaycan Respublikası Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının təsdiq edilməsi haqqında fərman imzalamışdır.Dövlət proqramında Sumqayıt şəhəri üzrə 16 bənddən ibarət geniş miqyaslı tədbirlərin icrası müəyyən edilmişdir.Beləki şəhərin sənaye sahəsinin inkişaf istiqaməti üzrə Sumqayıt Kimya Sənaye Parkı çərçivəsində işlərin davam etdirilməsi, neft kimya və digər sənaye sahələrinin inkişafının dəstəklənməsi, o cümlədə karbonit istehsalı zavodunun tikintisinin davam etdirilməsi şəhərdə abadlıq quruculuq işlərinin yol infrastrukturunun təkmilləşdirilməsini və elektrik enerjisi təminatının, istilik təchizatının və qaz təchizatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması müəyyən edilmişdir [16, s.2].İaşə dövriyyəsini həcmi əvvəlki ilin (2012-ci il) müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 5437,5 min manat təşkil etmişdir.Özəl sektorda iaşə dövriyyəsinin 33,6 faizi hüquqi şəxs statususlu müəssələri, 66,4 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların iaşə fəaliyyəti sahəsində formalaşmışdır.Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövryyəsinin həcmi ötən ilin müvafiq dövri ilə müqayisədə 1 milyon 831,5 min manat və ya 33,3 faiz artmışdır [28, s.3].O zaman Sumqayıt şəhərində 35 iri, 66 kiçik olmaqla 101 sənaye müəssisələrimədənçıxarma sənayesi, kimya metallugiya sənayesi müxtəlif növ qida məhsullarının, toxuculuq sənayesi, kağız və karton istehsalı, ağac emalı və ağacdan məmulatların, hazır metal məmulatlarının və elektrik enerjisinin istehsalı sahələri fəaliyyət göstərmişdir.Şəhərdə sənaye sahəsinin iri və kiçik təəsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətin həcmi əvvəlki illə müqayisədə sabit qiymətlərlə 7,9 faiz artaraq 244 403 min manat təşkil etmişdir.Sənaye məhsulunun 0,4 faizi mədənçıxarma, 7,1 faizi emal, 18,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı, 2,2 faizi isə su təchizatı tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.2014-cü ilin yanvariyun ərzində emal sənayesinin iri, orta və kiçik dövlət sektorunda istehsal həcmi 117959, 8 min manat, qeyri dövlət sektorunun istehsalın həcmi 59636,5 min manat olmuşdur.Sənaye istehsalında dövlət sektorunun xüsusi çəkisi 73 faiz, qeyri dövlət sektoru 26,9 faiz təşkil etmişdir [2, s.2].Cari ilin (2014-cü il İ.M.) 9 ayı ərzində ölkəmizdə qazanılmış uğurlarda Sumqayıt şəhərinin öz payı olmuşdur.Belə ki, şəhər üzrə məhsul və xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artaraq 564,9 milyon manat təşkil etmişdir.Sənaye sektorunda məhsul istehsalı 11,1 faiz artaraq 340 milyon manat olmuşdur.Eyn zamanda işçilərin orta aylıq əmək haqqı 480 manat səviyəsinə çatdırılmış, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çox deməkdir.Şəhərin kimya və neft kimya müəssisələrində dinamik inkişafa nail olunmuş, kimya müəssisələrinin istehsal göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 61,2 faiz artmışdır.Həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə idarə, müəssisə və təşkilatlarda sahibkarlıq subyektlərində hamsı daimi olmaqla 5059 yeni iş yeri yaradılmışdır [11, s.1].
Source: Xəbərlər məcmuəsi.
Author: Mehin Bayram Ibrahimli
Language: English
Subfield: Economics and Econometrics
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4409300677
