Year: 2025
Type: article
Abstract: AZƏRBAYCAN SƏFƏVİ HÖKMDARI ŞAH II ABBASIN DÖVRÜNDƏ MƏDƏNİ HƏYAT Qızılbaş Səfəvilər xanədanının hakimiyyəti dövründə imperiya ərazisində quruculuq işləri daim aparılmış, hər bir hökmdar inşa etdirdiyi binalar və memarlıq nümunələri ilə tarixdə və yaddaşlarda qalmağa cəhd göstərmişdi.Səfəvilər xanədanına mənsub memarlıq abidələrinin özünəməxsus xüsusiyyətləri olmuşdu.Qonşu Osmanlı və Moğol memarlığından fərqli olaraq Səfəvi tikinti üslubu xalqa etimadı və yaxınlığı zərif bəzək işləri ilə seçilmişdi.Şah saraylarının hündür divarla əhatələnməsi praktikası tətbiq edilmir, əksinə şəhərin ən qızğın, insanların toplu olduğu yerlərdə inşa edilirdi.Bununla Səfəvi xanədanı nümayəndələri özlərinin xalqa yaxın olduqlarını, onlara inanıb etimad nümayiş etdirdiklərini sübut etməyə çalışırdılar.Maraqlıdır ki, hələ Ərdəbil hakimliyi dövründə belə qızılbaş şeyxlər mədəniyyətə yüksək qiymət verir, incəsənət, ədəbiyyat xadimlərini öz ətraflarına cəm etməyə səy göstərir, öz iqamətgahlarında hər cür şərait yaradırdılar.Şah II Abbas (1642-1666) dövrünə nəzər salsaq, bu dönəmdə bərpa-tikinti işlərinə xüsusi diqqət yetirildiyini görərik.Dövlətin sabitlik dönəmində olması, eləcə də hərbi əməliyyatlardan uzaq siyasətin yürüdülməsi mədəniyyət sahələrinin hər birinin tərəqqisinə səbəb olmuşdu.Mərkəzi hakimiyyət, xüsusilə də hökmdarın bu tədbirləri himayə etməsi, xüsusi diqqət göstərməsi memarlıq abidələrinin daha nəfis şəkildə yaradılmasına gətirib çıxarmışdı.Açar sözlər: Azərbaycan, Səfəvilər sülaləsi, Şah II Abbas, bərpa-tikinti işləri, Qəzvin, İsfahan Giriş Azərbaycan Səfəvilər sülaləsinin hakimiyyətə gəlişi ilə bölgədə siyasi, iqtisadi, sosial və mədəni cəhətdən yeni durum formalaşdı.Şiə bayrağını əllərində əsas götürən Qızılbaşlar sülaləsi mədəniyyətin bütün sahələrinə yeni baxış, fərqli yanaşma gətirdilər.İncəsənətə, ədəbiyyata, memarlığa yüksək dəyər verən Qızılbaş hökmdarlarının hər biri mədəniyyət sahəsində yeniliklərə imza atır, bunun üçün öz ətraflarına ziyalı şəxsləri toplayır, imperiyanın kənarlarında yaşayan incəsənət xadimlərini, şairləri, rəssam və sənətkarları paytaxta dəvət edirdilər.Hər bir hökmdar mədəniyyətə münasibəti ilə, həm də yaratdığı, bərpa etdirdiyi abidələr ilə tarixdə qalmağa çalışırdı.Tikinti işləri, yeni yolların çəkilməsi Səfəvilər sarayında həmişə gündəmdə olub müzakirə edilən məsələlərdən idi.Belə ki, tez-tez müharibələr meydanına çevrilən, dağıntılara məruz qalan, eləcə də təbii fəlakətlərdən əziyyət çəkən əhalinin narazılıqlarına son qoymaq məqsədilə quruculuq və bərpa işləri bütün hökmdarların vaxtında həyata keçirilirdi.Şah II Abbasın hakimiyyəti dövründə (1642-1666) də Azərbaycan Səfəvilər dövlətinin müxtəlif ərazilərində tikinti-quruculuq işləri aparılmış, məmləkətin abadlaşdırılması üçün xeyli tədbirlər həyata keçirilmişdi.Bu səbəbdən də, Şah II Abbas daha çox quruculuq işləri ilə tarixdə iz qoymuşdu.ABŞ tarixçisi G.Gartveytin gəldiyi nəticəyə əsasən "hərəmxana divarları arasında böyüməsinə rəğmən Şah II Abbas özü-özlüyündə İctimai və humanitar elmlər 11, №1, 2025, səh.34-40
Source: Xəbərlər məcmuəsi.
Author: Solmaz Adil Azimova
Language: English
Subfield: Archeology
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4409300776
