Year: 2025
Type: article
Abstract: AZƏRBAYCAN SƏFƏVİLƏRİNİN XVII ƏSRİN II YARISI TARİXİ (ingilisdilli tarixşünaslıq əsasında) Şərqin ən qüdrətli sülalələrindən biri olan Qızılbaş Səfəvilər xanədanının hakimiyyəti dövründə beynəlxalq aləmdə mühüm rola malik olmuş, bölgənin əsas nüfuz sahibi kimi təsiredici qüvvə rolunu oynaya bilmişdir.Nəinki qonşu dövlətlər, hətta Şərqi öz nüfuz dairələrinə bölməyə çalışan Avropa xristian dövlətləri belə Səfəvilər ilə hesablaşmağa məcbur olurdular.Səfəvilərin siyasi və iqtisadi vəziyyətinin öyrənilməsi daima tarixçiləri maraqlandırmış və ilkin mənbələr əsasında tədqiqata cəhd edilmişdir.Səfəvilər tarixinin öyrənilməsinə səy göstərən tədqiqatçılar arasında ingilis müəlliflər mühüm yer tuturlar.Onların yazdıqları əsərlərin araşdırılması, müqayisəli təhlillərin aparılması Azərbaycan Səfəvilər imperiyasının tarixinin obyektiv şəkildə işıqlandırılması üçün mühüm əhəmiyyət kəsb edir.Xüsusilə sülalənin tənəzzül dövrünün əvvəllərinə təsadüf edən XVII əsrin II yarısı dönəminə diqqət etsək, müxtəlif aspektli araşdırmaların təhlili nəticəsində əldə edilən elmi faktlar mahiyyət etibarilə mühümdür.Açar sözlər: Azərbaycan, Səfəvilər sülaləsi,
Source: Xəbərlər məcmuəsi.
Author: Aysel Akram Garibova
Language: English
Topic: Islamic Studies and History
Field: Social Sciences
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4409300798
