Work

Autobiographism in the Satires By Aziz Nesin: the prototype of Hasan Yazman

Year: 2025
Type: article
Abstract: HƏSƏN YAZMAN PROTOTİP KİMİ Böyük türk satiriki Əziz Nesinin çoxcəhətli bədii yaradıcılığında şəxsi avtobioqrafiyası, qarşılaşdığı hadisələr əsasında yaranan obraz və motivlər kifayət qədər olmuşdur.Yazıçı bir çox hallarda başına gələn hadisələri satirik qələmi ilə oxuculara çatdırmışdır.Bu baxımdan onun qırxa yaxın hekayəsində Həsən obrazına rast gəlinir ki, bu hekayələrdə yazıçı prototip kimi çıxış edir.Məqalədə Həsən Yazman obrazı və onun yaşantıları ilə yazıçının şəxsi bioqrafiyası qarşılaşdırılır.Satirik sənətkarın ağır şəraitli həyatının əsərlərində bədii əksini verdiyi məqamlar prototipi olduğu obrazın təhlili fonunda izah edilir.Açar sözlər: satira, tənqid, Əziz Nesin, türk ədəbiyyatı, prototip, yazıçı Həsən obrazı Əziz Nesin (1915-1995) yarım əsrdən çox türk ədəbiyyatını zənginləşdirmiş, hər üç ədəbi növün janrlarında qələmini sınamış, əsərləri dünyanın 33 dilinə tərcümə edilmiş görkəmli satirik sənətkardır.Əziz Nesin Birinci Dünya Müharibəsi zamanı, Çanaqqala savaşının ən qızğın zamanlarında yoxsul bir ailədə dünyaya gəlmiş, uşaqlığı Osmanlı imperiyasının süqutu, yeni Cümhuriyyətin ehtiyaclarla dolu ilk illərinə təsadüf etmişdir.Ailəsinin maddi vəziyyətinin aşağı olması səbəbilə pulsuz yataqxana tipli məktəblərdə təhsil almalı olmuşdur.Daha sonra ciddi rejiminə rəğmən şəraiti daha yaxşı olan hərbi liseydə təhsilini davam etdirmişdir.1930-cu illərdə, hərbi liseyin son siniflərində oxuyarkən yaradıcılığı vasitəsilə tanış olduğu Nazim Hikmət onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır."Mənim ideoloji kimliyimin formalaşmasında Nazim Hikmətin böyük rolu olmuşdur.Mən onu ustad bəlləmişəm, müəllim bilmişəm.Onu özümə böyük mürid seçmişəm.Buna görə də özümü Nazimə həmişə borclu hiss etmişəm" [11, s.89].Yaradıcılığa 1941-ci ildən başlayan ədib dövrün sənətkarlıq mərkəzi hesab edilən Babialiyə sevgi şeirləri ilə daxil olmuş, hərbçi olduğu üçün öz adı olan Mehmet Nüsret Nesin istifadə edə bilməmiş, müxtəlif gizli imzalarla əsərlərini çap etdirmişdir.1944-cü ildə hərbidən ayrıldıqdan sonra isə yazıçı kimi, öz imzası ilə "Yeddi gün", "Qaragöz", "Dan" kimi mətbu orqanlarla əməkdaşlıq etmişdir.Satirik ustad onu dünyaya tanıdan Əziz Nesin imzasını atası Əbdüləziz əfəndinin adından götürmüş və ilk dəfə 1944-cü ildə "Millət" qəzetinin 1 Yanvar sayında "Dost xətri" adlı hekayəsində istifadə etmişdir.1946-cı ilin 25 noyabrında Səbahəddin Əlinin maliyyə yardımı ilə "Marko Paşa" adlı həftəlik satirik jurnal çıxartmağa nail olur.Lakin çox keçmədən "Marko paşa" jurnalındakı sərt xarakterli çıxışlarına görə Səbəhəddin Əli, Əziz Nesin, Rüfət Ilqaz və jurnalın karikatüristi Mustafa Uykusuz (Mim Uykusuz) həbs edilir.Qeyd edək ki, "Marko Paşa" Türkiyədə ilk siyasi satira jurnalı idi və türk satirasının inkişaf tarixində mühüm oynamışdır."1945-1950 illər arası mizah (satira) baxımından inkişaf dövrü olmuş, gənc cümhuriyyətin satira kadrları məhz bu dövrdən etibarən yetişməyə başlamışdır" [12, s.8].
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4409300805
FWCI:
Cites:
Cited by:
Related to: 10