Work

A collective view of Azerbaijan emigration prose of the 1920s-30s

Year: 2025
Type: article
Abstract: Siyasi mühacirətimizin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dalğası kütləvi və mütəşəkkil xarakter daşıdığından yazılı irsi də olduqca zəngin və çoxcəhətlidir.Müxtəlif mövzularda qələmə alınmış şeirlər, nəsr və dram əsərləri, ədəbiyyatşünaslıq, bədii və siyasi publisistika örnəkləri bu qənaətimizi təsdiq edir.1920-30-cu illər Azərbaycan mühacirət ədəbiyyatında poeziya ilə yanaşı, nəsr də özünəməxsus yer tuturdu.Bu dövrün nəsri daha çox bədii-sənədli və bədii-fəlsəfi əsərlər, qismən də hekayələrlə təmsil olunur.Sözügedən dövrün nəsr əsərlərini mövzu baxımından, əsasən üç qrupda təsnif etmək mümkündür: istiqlal uğrunda mücadilə, istiqlal mücahidlərinin portreti, başqa sözlə desək, "Azərbaycan davası"nın inikası; vətəndaş cəmiyyəti quruculuğunu və mənəvi-əxlaqi problemləri əks etdirən əsərlər; bolşevizmə, totalitar sovet rejiminə qarşı amansız mübarizənin təsviri, "düşərgə" mövzusu.Məqalədə belə bir yekun qənaət ifadə olunur ki, 1920-30-cu illər Azərbaycan mühacirət nəsri istər kəmiyyət, istərsə də mövzu baxımından zəngin olmaqla yanaşı, bu irsin böyük əksəriyyəti sənətkarlıq cəhətdən də dəyərli əsərlərdir.Həmin nəsr nümunələri ayrı-ayrılıqda, bir çoxu ilk dəfə olmaqla, ölkəmizdə və xaricdə dərc etdirdiyimiz müxtəlif məqalə, konfrans materiallarında bu və ya digər dərəcədə araşdırılaraq təhlil olunmuş, dəyərləndirilmişdir.Sözügedən dövrün mühacirət nəsrinə ümumi bir baxışı əks etdirən bu məqalədə isə janrın inkişaf yolu mövzular üzrə və xronoloji ardıcıllıqla izlənilmişdir.Açar sözlər: hekayə, bədii-fəlsəfi nəsr, bədii-sənədli nəsr, mövzu, siyasi mühacirət GİRİŞSiyasi mühacirətimizin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dalğası kütləvi və mütəşəkkil xarakter daşıdığından yazılı irsi də olduqca zəngin və çoxcəhətlidir.Müxtəlif mövzularda qələmə alınmış şeirlər, nəsr və dram əsərləri, ədəbiyyatşünaslıq, bədii və siyasi publisistika örnəkləri bu qənaətimizi təsdiq edir.Dəyərli elmi rəhbərim mühacirətşünas alim fil.e.d.Nikpur Cabbarlının doğru olaraq qeyd etdiyi kimi,"Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranıb, zaman-zaman inkişaf etmiş mühacirətimiz ... müxtəlif ölkələrdə özünün siyasi qurumlarına, mətbuat orqanlarına malik idi.Ən başlıcası isə bu mühacirət məskunlaşdığı ölkələrdə özünün siyasi, ədəbi-mədəni mühitini yaratmış, yetmiş il ərzində müxtəlif vasitələrlə Azərbaycan milli hərəkatını davam etdirmiş, zəngin ideoloji-siyasi və ədəbi-elmi irs qoyub getmişdir" [1, s. 18].1920-30-cu illər Azərbaycan mühacirət ədəbiyyatında poeziya ilə yanaşı, nəsr də özünəməxsus yer tuturdu.Bu dövrün nəsri daha çox bədii-sənədli və bədii-fəlsəfi əsərlər, qismən də hekayələrlə təmsil olunur.Belə ki, irihəcmli roman, povestlərin yazılması, nəşri üçün imkanlar yetərli deyildi.Eyni sözləri dram əsərlərinə də şamil etmək olar.Burada vəziyyət daha mürəkkəb idi.Maddiyyatla yanaşı, əsərlərin nümayişi üçün icazə alınması, yer kirayəsi, tamaşaçı kütləsinin təmin edilməsi ciddi problemlərdən idi.Sözügedən dövrün nəsr əsərlərini mövzu baxımından, əsasən üç qrupda təsnif etmək mümkündür:
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4409543792
FWCI:
Cites:
Cited by:
Related to: 10