Work

The use of onomastic lexemes in Ahmadi's “Cemşit ve Hurşit” masnavi

Year: 2025
Type: article
Abstract: Türk dillərinin lüğət fondunda xüsusi yer tutan onomastik leksikanın dəqiq təhlil edilərək dərindən öyrənilməsi etnik və dil əlaqələrinin, tarixi hadisələrin və mədəniyyətlərarası əlaqələrin öyrənilməsində əhəmiyyətli rol oynayır.Türk dilləri çox geniş coğrafiyada yayıldığı üçün bu dillərə məxsus onomastik elementlər də mədəni, tarixi və coğrafi müxtəlifliyi əks etdirir.XV əsr oğuz abidəsi "Cəmşid və Xurşid" məsnəvisinin onomastik leksikası çox zəngin və rəngarəngdir.Əsərin lüğət tərkibində toponimlərin, hidronimlərin, antroponimlərin, zoonimlərin, kosmonimlərin, etnonimlərin çoxşaxəliyi və rəngarəngliyi diqqəti cəlb edir.Məqalədə oğuz türkcəsinin böyük nümayəndəsi Tacəddin Əhmədinin "Cəmşid və Xurşid" məsnəvisinin dilində işlənən antroponim, toponim və zoonimləri tədqiqata cəlb etdik.Açar sözlər: "Cəmşid və Xurşid", XV əsr, onomastik leksika, antroponim, oğuz türkcəsi GİRİŞ Türk dillərinin leksik fondunun mühüm bir hissəsini onomastik leksika təşkil edir.Onomastik leksika xüsusi adların ümumi məcmusunu ifadə edir və dilin strukturunda xüsusi bir rol oynayır.Xüsusi adların müxtəlif növləri dilin mənalandırma və identifikasiya funksiyalarını yerinə yetirərək həm sosial, həm də mədəni əlaqələri əks etdirir.Azərbaycan dilçiliyində onomastik vahidlər XX əsrin ikinci yarısından etibarən geniş şəkildə tədqiq olunmağa başlanmış, bu sahə dilçilik elmində ayrıca bir tədqiqat sahəsi olaraq inkişaf etmişdir.Müasir dövrə qədər bu sahədəki araşdırmalar, xüsusi adların semantik xüsusiyyətlərini, eləcə də onların tarixi və mədəni kontekstini anlamağa yönəlmişdir.Onomastik leksikanın öyrənilməsi həm də dilin inkişaf proseslərini və cəmiyyətin mədəni-tarixi irsini daha dərindən anlamağa imkan verir.Bu sahədəki tədqiqatlar həm də Azərbaycan dilinin digər dillərlə əlaqələri və onun yerli xüsusiyyətləri barədə vacib məlumatlar verir.Onomastik vahidlər yalnız fərqləndirici xarakterə malik olmaqla kifayətlənməyib, həm də milli kimliyin, mədəniyyətin və tarixin əks-sədasıdır.Bu vahidlər hər bir xalqın özünəməxsus düşüncə tərzini, adət-ənənələrini və sosial strukturlarını özündə yaşadır, eyni zamanda həmin millətin dünya görüşünü, dəyərlərini və tarixi irsini təcəssüm etdirir.Onomastik vahidlər milli xüsusiyyətlərin güclü şəkildə ifadə olunduğu elementlər olmaqla yanaşı, həm də həmin mədəniyyətin davamlılığını və unikal xüsusiyyətlərini qoruyan simvollardır.Bu səbəbdən onomastik leksika yalnız dilin strukturunda deyil, eyni zamanda milli kimliyin formalaşmasında və qorunmasında da mühüm rol oynayır [9, s. 25].Türk dillərinin onomastikası çox zəngin və müxtəlifdir.Türk dillərinin lüğətində mühüm yer tutan onomastik leksikanın ətraflı şəkildə təhlil edilib öyrənilməsi etnik və dil əlaqələrinin, tarixi proseslərin və mədəniyyətlərarası münasibətlərin araşdırılmasında mühüm rol oynayır.Türk dilləri çox geniş coğrafiyada yayıldığı üçün bu dillərə məxsus onomastik elementlər də mədəni, tarixi və coğrafi müxtəlifliyi əks etdirir.Türk onomastikasının əsas xüsusiyyətlərindən biri adların çox vaxt təbiət, heyvanlar, bitkilər, coğrafi obyektlər, eləcə də sosial və mədəni dəyərlər ilə əlaqədar olmasıdır.Məsələn, türk dillərində olan bir çox yer adı təbii xüsusiyyətlərə, relyefə və iqlimə bağlıdır.
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4409543864
FWCI:
Cites:
Cited by:
Related to: 10