Work

Altitude systems used during the construction of the quasigeoid model

Year: 2025
Type: article
Abstract: Yerin forması dedikdə səthin bərk və maye kütləsi ilə atmosfer arasındakı sərhəd başa düşülür.Bərk hissələr girintilər və çıxıntılar səbəbindən hamar səth deyil və bu relyefi müəyyən edir.Yüksəklik normaları qravitasiya sahəsi ilə müəyyən edilə bilər.Ağırlıq qüvvəsinin istiqaməti praktikada şaqul xəttinə uyğun gəlir.Ölçmələrdə şaqul xəttinin rolu çox vacibdir.Ölçmə alətlərinin ağırlıq səthləri şaqul xəttinə görə nizamlanır.Yer səthindəki nöqtələrin yüksəkliklərini müəyyən etmək üçün başlanğıc səthi və bu səthə perpendikulyar istiqamətlər müəyyən edilməlidir.Yer səthində ən asanlıqla müəyyən edilən istiqamətlər şaqul xəttinə nəzərən edilən istiqamətlərdir.Məlum olduğu kimi səviyyə səthi şaqul xəttinə perpendikulyardır.Dünya okeanın sakit vəziyyətdəki səthinin və onun qitələr üzərində davamına uyğun olan ağırlıq qüvvəsi potensialının bərabər qiymətlərinin yaratdığı mürəkkəb həndəsi səth isə Geoid səthidir.Geoid Yerin fiqurunu müəyyən edir, onun dağlardan və dəniz hövzələrindən təşkil olunmuş fiziki səthindən əhəmiyyətli dərəcədə fərqlənir.Geoid vəziyyəti hər yerdə ayrı-ayrılıqda Yerin süni peyklərinin hərəkətini müşahidə etməklə, geodezi-astronomik və qravimetrik məlumatlara əsasən tapılır.
Language: English
Subfield: Oceanography
Open Access status: bronze
OpenAlex ID: W4409543870
FWCI:
Cites: 2
Cited by:
Related to: 10