Year: 2025
Type: article
Abstract: Məqalədə 2022-ci il 24 fevral Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra regional və qlobal səviyyədə yaranmış yeni geosiyasi reallıqlar kontekstində Türkiyə-Rusiya münasibətləri yenidən qiymətləndirilmişdir. Bunun üçün isə ilk öncə hər iki dövlətin 2000-ci illərdən etibarən rəqabət və əməkdaşlıq şəklində davam edən münasibətlərinin qısa tarixçəsi nəzərdən keçirilmiş,onları əməkdaşlığa sövq edən məqamlar araşdırılmışdır.Müəllif qeyd edir ki, Türkiyə və Rusiya uzun illər ərzində formalaşdırdıqları strategiya vasitəsilə iqtisadi və siyasi sahədəki ikitərəfli əlaqələrin sabitliyinə nail olmuşlar və bu da Ukrayna müharibəsi kimi analoji böhranlı vəziyyətlərdə hər iki ölkə arasındakı münasibətlərin minimal zərərlə nəticələnməsinə imkan vermişdir.Rusiya və Türkiyə arasındakı əlaqələr beynəlxalq münasibətlər müstəvisində unikal nümunədir.Bu münasibətlərin xarakteri onların Qərblə geosiyasi rəqabəti ilə müəyyənləşir və Ukraynadakı müharibə bu faktı dəyişmədi.Həmçinin tədqiqat işində NATO üzvü olmasına baxmayaraq həm Rusiya,həm də Ukrayna ilə ikitərəfli dialoqu davam etdirən, Qərb və Rusiya arasında bir növ körpü rolu oynayan Türkiyənin müharibənin davam etdiyi müddətdə artan geosiyasi əhəmiyyəti xüsusi vurğulanmışdır.Açar sözlər: Türkiyə,
Source: Journal of Young Researcher
Author: Gunay Gulmahammad Umarova
Institution: Azerbaijan Tourism and Management University
Language: English
Field: Social Sciences
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4409544237
