Work

Lexico-semantic characteristics of antonyms and borrowed words in english and Azerbaijani languages

Year: 2025
Type: article
Abstract: İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ƏKSMƏNALI VƏ ALINMASÖZLƏRİN LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ XÜLASƏ Məqalədə ingilis və Azərbaycan dillərində antonimlər və alınma sözlər, onların sadə və mürəkkəb cümlələrdə leksik və semantik xassələri araşdırılır, həmçinin ingilis dilinin terminoloji sistemində onların nitq hissəsində təyinat yeri araşdırılır.Bununla yanaşı Azərbaycan və ingilis dilləri arasında təkrarlanma və paralellik problemləri də təhlil edilir və bəzi hallarda dildə artıq mövcud olan leksik vahidlərə malik antonimlərə tam semantik adekvatlıq müəyyənləşdirilir.Antonimlərin düzəldilməsi, sözlərin -un, -int, -il, -im, -ir, -dis prefikslərinin əlavə edilməsi və onların leksik-semantik xüsusiyyətləri təhlil edilir.Açar sözlər: antonim, mütləq və ya kök antonimlər, düzəltmə antonimlər, termin, inkişaf.Giriş: Həm ingilis, həm də Azərbaycan dillərində antonimlərin təsnifi meyarlarını nəzərdən keçirdikdə görürük ki, ingilis dilində antonimlər əsasən onlarda olan daxili ziddiyyətlərə əsən təsnif olunur, ancaq çox vaxt onların quruluşu, mənşəyi, hansı nitq hissəsinə aidliyi haqqında heç bir söz deyilmir.Misal üçün Websters New Dictionary of Snonyms lüğətinin giriş hissəsini götürək.Burada antonim adı altında götürülən sözlər altı qrupa bölünür.Bölgü zamanı sözlərin nə dərəcədə bir-birinə zidd olması əsas götürülmüşdür.Bu qruplar arasında iki qrupa daha çox yer ayrılıb ki, bunlardan birincisi "contradictory terms", digəri isə "contrary terms" adlanır.Dilə daxil olan alınma terminlər terminoloji sistem zənginləşdirir və dildə leksik alınmaların sayı artır.Dilə yeni gələn sözün dilin normalarına uyğunlaşması mürəkkəb linqvistik proses olduğuna görə sözlərin mənimsənilmə dərəcələri də müxtəlif səviyyədə özünü göstərir [1,s.75].Bəzi sözlər dilə yeni gəldiyinə, yaxud müəyyən dildaxili səbəblərlə bağlı məhdud dairədə işləndiyinə görə yarım mənimsənilmiş alınmalar hesab olunur.Azərbaycan dilindəki ingilis mənşəli absentizm (absenteeism), aqnostizm (agnosticism), buklet (booklet), doker (docker), drenaj (drainage), dissident (dissident) klan (clan) və s. alınmalar belə sözlərdəndir.Bu tip leksik vahidlər semantik cəhətdən birmənalı olur, daha çox "özgə" reallığı əks etdirir və yeni anlayışların, əşyaların hadisələrin dilimizdə ifadəsində xidmət edir.Linqvistik təhlil göstərir ki, əsasən terminoloji leksikaya aid olan həmin alınmalar semantik cəhətdən sabitdir, müəyyən funksional sahələrdə işlənir.Onlarda semantik dəyişmələr nadir hallarda baş verir.Azərbaycan dilində geniş dairədə istifadə olunan, hətta ümumişləklik hüququ qazanaraq dilə daxil olan kifayət qədər ingilis mənşəli sözlər vardır.Belə alınmalar sözün leksik sistemində özünə möhkəm yer tutmuşdur.Büdcə, vaqon, vazelin, boks, yumor, eksport, finiş, park, mağaza, kofe və s. alınma terminlər dilimizdə geniş işlənməkdədir.Bu sözlərin çoxu həm fonetik, həm də qrammatik cəhətdən assimilyasiyaya uğramışdır.Bu tip alınmalar tam mənimsənilmiş leksik vahidlərdən sayılır.
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4409626325
FWCI:
Cites:
Cited by:
Related to: 10