Year: 2025
Type: article
Abstract: ETİMOLOGİYA VƏ LİNQVİSTİK PALEONTOLOGİYA XÜLASƏ Məqalədə etimologiya ilə linqvistik paleontologiyanın qarşılıqlı əlaqəsindən bəhs olunur.Araşdırmada etimologiyanın inkişafı üçün linqvistik paleontologiyada əldə olunan faktların mühüm önəm daşıması xüsusi vurğulanır.Göstərilir ki, dilçiliyin arxeologiyası hesab edilən linqvistik paleontologiya metodları ilə yazıyaqədərki maddi-mədəniyyət abidələri vasitəsilə dilin qədim forması haqqında təsəvvür əldə etmək imkanları çox genişdir.Linqvistik paleontologiya dilin qədim tarixi haqqında zəngin informasiyalar verdiyindən etimoloji araşdırmalarda "açar" rolunu oynaya bilər.Bu sahədə müəyyən tədqiqatlar aparmış alimlərin fikirləri analiz olunur.Bu qənaətə gəlir ki, dilçiliyin multidissiplinar əlaqələrinin genişləndirliməsi yolu ilə zəngin dil faktları əldə oluna bilər.Bütün elmlər inkişaf etdiyi kimi, dilçilik elminin də bu gün innovativ metodologiyaya böyük ehtiyacı var.Bu baxımdan dilçiliyin maraqlı və aktual sahələrindən biri olan etimologiyanın tərəqqisi üçün qədim dil faktları ilə bağlı mühüm informasiyalar verə biləcək sahələrdən biri də linqvistik paleontologiya ola bilər.Ona görə də etimologiya ilə linqvistik paleontologiyanın inteqrasiyası əsasında dilin arxaik mənzərəsini tamamilə bərpa etmək mümkündür. Açar sözlər: etimologiya,
Source: Terminology Issues
Author: Nurana Huseynova
Language: English
Subfield: Language and Linguistics
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4409626345
