Work

The types of dictionaries in the English and Azerbaijan languages: encyclopedic and filological dictionaries and their types

Year: 2025
Type: article
Abstract: İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ LÜĞƏTLƏRİN TİPLƏRİ: ENSİKLOPEDİK VƏ FİLOLOJİ LÜĞƏTLƏR, ONLARIN NÖVLƏRİ XÜLASƏ Bu yazıda istər ingilis dilçilik tarixində, istərsə də Azərbaycan dilçilik tarixində belə bir nəticəyə gələ bilərik ki, lüğət tarixinin yaradılması çox qədimdir.Mövcud lüğətlərin növləri çox müxtəlifdir.Amma ingilis dili lüğətinin Azərbaycan lüğətindən daha qədim tarixi var.Lüğət tarixi geniş yayılmışdı.Buradan belə nəticə çıxır ki, böyük ingiliscə-azərbaycanca lüğət çoxdilli sözlərin böyük qrupudur.Bu çoxdillilik nitqin böyük hissəsini təşkil edir və lüğətdə öz əksini tapır.Bundan əlavə, bu məqalədə bir çox analitik üsullardan istifadə etməklə sözlərin leksik-semantik təsnifatında ingiliscə-azərbaycanca və azərbaycanca-ingiliscə lüğətlərdən də istifadə edilmişdir.Açar sözlər: İngilis dili, Azərbaycan dili, lüğətlər, ikidilli lüğətlər, çoxdilli lüğətlər.Giriş: İngilis və Azərbaycan dillərində mövcud olan lüğətlərin tipləri çox müxtəlifdir.Bu müxtəliflik dilin leksikoqrafik təsvirinin obyektinin mürəkkəb və çox aspektliyindən irəli gəlir.Lüğətlərin tiplərə bölünməsi onların məqsədindən, həcmindən, onda olan sözün sıralanma üsulundan və s.-dən ibarətdir.Lüğətlərin tərtibinin özü göstərir ki, onun əsas məsələlərindən biri onların təsnifidir.Lüğətlərin istər elmi, istərsə də praktiki təsnifi üçün əsas məsələ həmin sözlüyün məzmunundan və xarakterindən asılıdır.Buna görə də, lüğətlər həm məzmununa, həm də xarakterinə görə, Afad Qurbanovun da göstərdiyi kimi, iki böyük hissəyə bölünür: a) ensiklopedik lüğətlər; b) linqvistik lüğətlər [1, s.391].Ersiklopediyabütün elmlər və ya elmin hər hansı bir sahəsi haqqında dəqiq, sistemli, ümumi, universal məlumatı özündə əks etdirən böyük həcmli məlumat kitabıdır.Filoloji lüğətlərdə isə əsas obyekt leksik vahiddir, sözdür, burada sözlərin və ifadələrin mənaları, məna çalarları göstərilir.Ensiklopedik lüğətə böyük redaksiya heyəti tərəfindən rəhbərlik edilir və hər bir sahədən buraya mütəxəssis cəlb olunur.Bəzən də tək bir nəfər tərəfindən hazırlanır.Həm ensiklopedik, həm də filoloji lüğətlərin fərqini aşağıdakı misallardan aydın görmək olar.Məsələn, «ay» sözünü götürək.Ensiklopediyada göstərilir ki, «Ay» -Yerin yeganə təbii peyki və Yerə ən yaxın göy cismidir.«Azərbaycan dilinin izahlı lüğəti»ndə: «Ay» -is. 1. Yer kürəsinin peyki olub onunla birlikdə Günəş ətrafında fırlanan və gecələr inikas edən, günəş işığı ilə işıqlanan göy cismi.Ay işığı, Ayın səfhələri, Ayın batması… /məs.Gözəlin camalına təşbih (bəzən ay üz, ay parçası on dörd gecəlik ay və s. tərkiblərdə…2.İlin bölündüyü on iki hissədən hər biri… [2, s. 66-67] Bundan başqa, lüğətdə ayüzlü, ayqabaqlı, aybəniz və s. kimi leksik vahidlər də verilmişdir: yəni sifəti ağ, gözəl, göyçək mənalarda.«İngiliscə-Azərbaycancalüğət»də: ay: 1).i (fəza cismi) te moon; bədirlənmiş (on dörd gecəlik) ~ full moon.◊ ~ın doğması moonset; təzə ~ new moon; ~ ın tutulması lunar eclipse…ay 2) astr.lunar.~ daşı miner.moonstone; ~ tozu lunar dust; dust from the Moon; ~ işığı moonlight; ◊~ parçası very beautiful; ~ ın səthi the Moon's surfache [3, s. 25].Linqvistik lüğətlərdə sözlər əsas obyektdir.Burada onların mənşəyi, qrammatik xarakteri, leksik mənası, məna çalarları göstərilir və yeri gəldikcə nümunələr də verilir.Məhz bütün bu fərqlər nəzərə alınmaqla lüğətlər ensiklopedik və linqvistik lüğətlər deyə iki böyük hissəyə bölünür.
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4409626381
FWCI:
Cites:
Cited by:
Related to: 10