Work

The word "bayat" ın the ancıent turkısh language

Year: 2025
Type: article
Abstract: QƏDİM TÜRK DİLİNDƏ "BAYAT" SÖZÜ XÜLASƏ Məqalədə qədim türk yazılı abidələrinin dilində işlənmiş "bayat" sözünün keçdiyi inkişaf dövrü təsvir olunmuşdur."Bayat" sözü tanrı konseptini ifadə edən əsas leksik vahidlərdən biridir.Konsept müasir dilçilikdə haqqında mübahisəli fikirlərin irəli sürüldüyü, eyni zamanda, rəngarəng xüsusiyyətləri ilə seçilən bir anlayışdır.Tanrı olaraq inam bəslənilən varlığı ifadə edən sözlərin bəziləri hələ də müasir dövrümüzdə dilimizi bəzəyir.Amma bəzi sözlər vardır ki, o sözlər müəyyən bir zaman dilində işlənmiş və daha sonra istifadə olunmamış və işləkliyini itirmişdir.Bir qisim sözlər vardır ki, onlar müxtəlif forma və məna dəyişikliklərinə uğramışdır."Bayat" sözü də forma olaraq işləkliyini saxlamış, amma mənası dəyişmiş sözlərdən biridir.Məqalədə də "bayat" sözü, onun etimologiyası, ifadə etdiyi mənalar və müasir dövrdəki vəziyyəti tədqiq olunmuşdur.Açar sözlər: konsept, tanrı, bayat, qədim türk yazılı abidələr, qədim türk yazılı abidələrinin dili.Giriş: Dilçilik insanların danışıq və yazı dilləri ilə bağlı düşüncələrinin zamanla inkişafı nəticəsində yaranmışdır.Müasir dövrdə dilçilik daha çox bir çox müxtəlif sahələri birləşdirən interdisipliner bir sahəyə çevrilmişdir.Müasir dilçiliyin xarakterik xüsusiyyətlərindən biri dili insan, onun şüuru, ətraf mühitin qavranılması və praktik fəaliyyəti ilə sıx əlaqədə araşdırmaqdır.Bu baxımdan dil və düşüncə arasındakı əlaqənin xüsusi əhəmiyyəti ortaya çıxır.Bu problem müasir dilçiliyin koqnitiv konseptoloji yanaşmasında həll olunur.Koqnitiv dilçiliyin əsas vahidi konseptdir.İnsanların obyektiv reallıq haqqında bilikləri, insan fəaliyyətinin müxtəlif sahələrini əks etdirən abstrakt mənəvi strukturlar olan konseptlər şəklində təşkil olunur.İnsan konseptlərdən istifadə edir, onları birləşdirir və düşüncə prosesində yeni konseptlər yaradır.Konseptlər arasında tanrı konsepti çoxcəhətli zənginliyinə görə maraq doğurur.Tanrı konsepti birbaşa türklərin dini inanc sistemləri ilə bağlıdır.Tanrı olaraq qəbul edilən varlıq bizə məlum olan qədim türk yazılı abidələrinin dilindən etibarən müxtəlif sözlərlə ifadə olunmuş və ədəbiyyatlarda öz yerini tutmuşdur.Bu ifadələr həm inanc, həm leksik vahidin işləndiyi dövr haqqında mədəni və siyasi məlumatları özündə ehtiva edir.Tanrı konsepti ilə əlaqələndirilən sözlərdən biri də "bayat"dır.İlk türk-İslam mədəniyyəti dövründə yazılan əsərlər içərisində "bayat" sözü "Allah", "Yaradan" mənalarını ifadə etmək üçün istifadə olunmuşdur.Sözün etimologiyası ilə bağlı fikirlər müxtəlifdir."Bayat" sözü etimoloji baxımdan həm qədim türk mənşəli söz kimi, həm də ərəb mənşəli söz kimi dəyərləndirilir.Ərəb mənşəli söz kimi "gecədən qalma", "nə vaxtdansa qalma" mənasını verir.Bu məna, əlbəttə, bizim işlətdiyimiz mənaya daha uyğundur.Gülensoy, Çağbayır kimi dilçilər sözün "baya" kökündən əmələ gəldiyini qeyd edirlər.Burada "baya" sözü "az əvvəl", "bayaq" mənalarını ifadə edir.Və onlar qeyd edir ki, bu söz baya+t şəklinə düşmüş və "əvvəl", "qədim" mənalarını ifadə etmişdir.Dilçi Ölmez vurğulayır ki, ərəcədə Allahın 99 adından birinin də əvvəl və qədim olması bu fikri dəstəkləyir.Dilçi Erdal isə sözün "bay" kökü ilə əlaqəli olduğunu vurğulayır.Bəzi tədqiqatçılar "Bayat"ın su ilə bağlı ərən-tanrı olduğunu göstərməkdədir.L.N.Qumilyov "Qədim türklər" adlı əsərində yazır ki, qədim türklər (o sıradan da azərbaycanlılar) təbiətin sahibləri sayılan və Yer-Su adlandırılan ərən-tanrılara inam bəsləmişlər.Əbülqazi xan Xivəli qeyd edir ki,
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4409626418
FWCI:
Cites:
Cited by:
Related to: 10