Work

Grammatical metaphor and lexical metaphor: a structural-semantic perspective

Year: 2025
Type: article
Abstract: XÜLASƏMəqalədə dil haqqında elmin tarixində metafor anlayışına yanaşmalar araşdırılır, xüsusilə leksik (ənənəvi) metafor və M.Hallideyin metaforun yalnız leksik dəyişikliklərlə deyil, eyni zamanda qrammatik strukturlarla da ifadə oluna biləcəyi fikri ilə təşəkkül tapan qrammatik metaforların dilin strukturundakı rolu müqayisəli şəkildə izah olunur.Məlum olur ki, leksik metaforlar, sözlərin mənasını dəyişərək yeni anlayışlar ortaya qoyarkən, qrammatik metaforlar cümlə quruluşunu dəyişdirərək fikri daha abstrakt və rəsmi şəkildə təqdim edir Məqalədə həmçinin, leksik və qrammatik metaforların bir-biri ilə əlaqəli olduğunu və semantik variasiyanın iki fərqli forması olaraq qəbul edildiyi qeyd olunur.Qrammatik metaforların dilin məna potensialını genişləndirmək üçün qrammatik formaların dəyişdirilməsi vasitəsilə necə funksional transformasiyalara yol açdığı müzakirə edilir.Nəticədə, hər iki metafor növünün dilin təcrübəyə dair ifadə formalarını zənginləşdirdiyi vurğulanır.Açar sözlər: qrammatik metafor, leksik metafor, sistemli-funksional dilçilik, struktur, semantika Giriş: Məlum olduğu kimi, humanitar elmlərdə (həmçinin, dilçilikdə) antroposentrik paradiqmanın ön plana keçməsi klassik ənənələrə yeni perspektiv qazandırdı.Həmin paradiqmanın təsiri ilə bir sıra anlayışların klassik tərifi sual altına düşdü ki, bunlardan biri də metafor hadisəsidir.M.Cons və C.Lakoff metaforları təkcə dil hadisəsi kimi deyil, həm də insan düşüncəsinin və fəaliyyətinin əsas hissəsi, adi, gündəlik bir hadisə kimi təyin edir, onu qeyri-adi bədii vasitə hesab etmirdilər.Metaforlar danışanın dünyasını qurur və mürəkkəb anlayışları aydınlaşdırır, bu isə lüğəvi səviyyədə, yəni leksik metafor formasında özünü göstərir.A.Goatli "Metaforların dili" əsərinin girişində göstərir ki, "həm transformasional (generativ) ənənə, həm də funksional Hallidey ənənəsi metaforu nəzəriyyələrinə daxil etməkdə çətinlik çəkiblər.İlk ənənə ilə əlaqəli olan Şimali Amerikada indi qəbul edilir ki, metafor və onun şərhi praqmatikaya aiddir, bu da dilin elmi öyrənilməsi olan dilçilikdən çox, xüsusi kontekstlərdə ifadələrin şərhini öyrənmək istəyənlər üçün dilçiliyin bir tamamlayıcısı kimi qəbul edilir.Hallidey ənənəsi ilə əlaqəli olan Britaniya və Avstraliyada isə metafor mövzusunda yazılar daha çox qrammatik metaforlar, nominalizasiyalar kimi proseslərə diqqət yetirmişdir, çünki bunlar semantika ilə söz sinfi arasında dəqiq uyğunluğu pozur" [3, s.4].Sistemli funksional dilçiliyin (eyni zamanda qrammatik metafor nəzəriyyəsinin) yaradıcısı M.A.K. Hallidey də metafor anlayışı ilə işləyir, lakin bunu başqa bir səviyyədə və ya fərqli bir baxış bucağından edir.M.Hallidey "Funksional qrammatikaya giriş"in ilk nəşrinin (1985) "Cümlədən kənar: metaforik ifadə üsulları" adlı bölməsində əvvəlcə ritorik köçürmədə istifadə olunan nitq fiqurlarından (metafor, metanomiya, sinexdoxa) söz açır və onları semantik münasibətlərdən irəli gələn leksik variasiya forması kimi nəzərdən keçirir.M.Hallidey sözügedən əsərində göstərir ki, "metafor (ümumi termin olaraq nəzərdə tutulur -S.H.), adətən, sözlərin istifadəsindəki variasiya kimi təsvir olunur: bir sözün köçürülmüş mənada istifadə edildiyi deyilir.Lakin burada biz məsələyə digər tərəfdən yanaşırıq və "bu söz necə istifadə olunur?" sualını deyil, "bu məna necə ifadə olunur?" sualını veririk.Bir məna müəyyən mənada
Language: English
Field: Psychology
Open Access status: bronze
OpenAlex ID: W4409626423
FWCI:
Cites: 3
Cited by:
Related to: 10