Work

The collaborator of the academy of term creation an Azerbaijani and english

Year: 2025
Type: article
Abstract: AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ TERMİN YARADICILIĞI XÜLASƏ Məqalədə inkişaf edən və dili zənginləşdirən linqvistik vasitələrin yaranma yolları təhlil edilir.İstər Azərbaycan, istərsə də ingilis dillərində çox işlənən sözlərin əhəmiyyətli bir hissəsi antik dövrdə yaranmışdır.Müəllifin qeyd etdiyi kimi, dilin əsas hissələrinin lüğət tərkib hissəsi hesab olunan terminlər öz inkişafı zamanı müəyyən dəyişikliklərə məruz qalmışdır.Bu, terminologiya sistemində daha çox hiss olunur.İstər Azərbaycan, istərsə də ingilis dillərində terminlərin yaradılması semantik morfoloji, sintaktik üsullardan geniş istifadə olunur.Bu üsulla yaranan terminlər dilin daxili imkanları hesabına dilin terminoloji sistemini zənginləşdirir.Açar sözlər: lüğət tərkibi, söz yaradıcılığı, terminlər, alınma sözlər, termin yaradıcılığı.Giriş: Terminlər dilin lüğət tərkibinin əsas hissələrindən biridir.Dilin müxtəlif sahələrində gedən dəyişmələr daha çox terminoloji sistemdə hiss olunur.Termin kimi işlənən ümumişlək sözlərin böyük bir qismi dilin qədim dövrlərində yaranmışdır.Bu cəhət həm ingilis, həm də Azərbaycan dilləri üçün eynidir.Azərbaycan istərsə də, ingilis dilində termin yaradıcılığı semantik, morfoloji, sintaktik, kalka, sözlərin ixtisarı (abrevaiaturlar) üsulları ilə gedir.Semantik üsulla yaranan terminləri -dilin lüğət tərkibinin zənginləşməsi dildə işlənən sözlərin mənasında baş verən dəyişmələrlə bağlıdır.Sözün mənaca dəyişməsinin iki növü fərqləndirilir: 1. sözün mənaca tamamilə dəyişməsi; 2. mövcud sözün əsas mənası qalması ilə yeni məna qazanması.[1,s.185] Hər bir leksik vahid bu və ya digər mənanın ifadəsinə xidmət edir, hər bir söz adlandırma funksiyasını yerinə yetirir.Semantik üsulla söz yaradıcılığı dildə kəmiyyət dəyişmələri deyil, keyfiyyət dəyişmələri hesabına gerçəkləşir.Dil vahidlərisözlər səs cildlərini saxlamaqla müxtəlif mənalar ifadə edir və beləliklə, dilin lüğət tərkibini zənginləşdirir.Bu proses müasir dilin terminoloji qatında özünü daha çox göstərir.Semantik yolla yeni terminin yaranması müxtəlif dillərin sadə terminologiyalarında geniş yayılmışdır.Anlayışların yaxınlığı əsasında və əlamətin oxşarlığına görə adın köçürülməsinə çox rast gəlinir [2, s.406].Predmet və hadisələr arasındakı məkan, material, məlumat, hərəkət, hərəkətin nəticəsi kimi əlaqələr vardır.Bu əlaqələr yeni anlayışın ümumişlək sözün köməyi ilə adlandırılmasında əhəmiyyətli rol oynayır.Semantik üsulla yaranan yeni termin, təbii ki, yeni anlayışı ifadə edir, onu adlandırır."Yəni meydana çıxmış yeni anlayış, əşya arasında müəyyən assosiativ əlaqə yaratmaqla sözlərin mənası genişlənir, onlar terminoloji mahiyyət kəsb edilər"[3, s.123].Deməli, semantik üsulda anlayış yalnız mövcud sözlərlə ifadə edilir, terminin, sözün məna yükü artır.Semantik üsulla termin yaradıcılığından bəhs edərkən nəzəri əsərlərdə ümumişlək sözlərin yeni məna kəsb edərək terminləşməsində iki aparıcı xüsusiyyət göstərilir:1. ümumişlək sözün semantikası genişlənir və bu söz
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4409626436
FWCI:
Cites:
Cited by:
Related to: 10