Year: 2025
Type: article
Abstract: ƏRZURUMLU İBRAHİM HAQQININ "MƏRİFƏTNAMƏ"ƏSƏRİNDƏ İŞLƏNƏN TERMİNLƏR XÜLASƏ Türkiyə filosof və alimləri içərisində Ərzurumlu İbrahim Haqqı islam dininin daxilində formalaşmış təsəffüv düşüncə tərzini gözəl bilən və təbliğ edən, mütəfəkkir, ictimaiyyətçi, ruhani olmaqla bərabər, həm də çox gözəl şeirlər yazan bir şair kimi özünəməxsus yer tutur.Onun yaradıcılığında 15 əsəri içərisində ən məşhur və ən böyük əsəri 1756-cı ildə qələmə aldığı "Mərifətnamə"dir.Əsər türk dilində yazılmış və bir çox elmlər, dini etiqad və ibadət, tibb, riyaziyyat, həndəsə, coğrafiya, anatomiya, astronomiya, təsəvvüf, fəlsəfə, sosiologiya, psixologiya, əxlaq, kulinariya və s. haqqında bilgiləri özündə toplamışdır.Ərzurumlu İbrahim Haqqının "Mərifətnamə" əsəri Türkiyə, Misir, Kazan kimi mədəniyyət mərkəzlərində dəfələrlə nəşr olunmuş, ərəb, fransız, fars və bir çox dillərə çevrilsə də çox təəssüf ki, Azərbaycan dilində çap edilməmişdir.Bir çox elm xadimləri bu əsəri dini, təsəvvüf, ictimai və humanitar elmləri özündə toplayan bir ensiklopediya adlandırırlar.Olduqca gözəl şəkildə yazılan bu əsər giriş, üç əsas bölmə və nəticə olmaqla beş hissədən ibarətdir."Mərifətnamə" əsərində bir çox elm sahələrinə dair terminlər özünü göstərir.Aşar sözlər: İbrahim Haqqı, "Mərifətnamə" əsəri, astronomiya,
Source: Terminology Issues
Author: Nergiz Haciyeva
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4409626442
