Year: 2025
Type: article
Abstract: DİSKURS TERMİNİNİN TƏHLİLİ VƏ ONUN DİGƏR SAHƏLƏRLƏ ƏLAQƏSİ XÜLASƏMəqalədə diskurs təhlilinin tarixinə ekskurs olunur, onun prinsipləri haqqında danışılır və onun digər elmlərlə əlaqəsinə nəzər salınır.Diskurs son on ildə tədqiqat mərkəzində olsa, onun ətrafında müzakirələr davam edilir, belə ki, onun tərifində belə yekdil fikir nəzərə çarpmır.Bununla belə, bu mövzu mübahisəli mövzu olmaqla, hər dəfə yeni aspektdə ona baxış keçirilir.Bu da məqalənin aktuallığını sübut edir.Məqalənin məqsədi isə diskurs təhlilinin müxtəlif sahələrlə əlaqəsinin araşdırılmasıdır. Açar sözlər: diskurs təhlili, humanitar elm, müzakirə, anlayış, elmGiriş.Müasir humanitar elmlərdə "diskurs" termini ən məşhur və geniş istifadə olunan terminlərdən biri hesab olunur.Müxtəlif bilik paradiqmalarında o, müxtəlif mənalarda və kontekstlərdə istifadə olunur, çox vaxt müxtəlif anlayışları ifadə edir."Diskurs" anlayışının istifadəsinin bütün hallarını əhatə edən ümumi qəbul edilmiş, daha aydın tərifi yoxdur.Diskurs anlayışı dil, cəmiyyət və ideologiya anlayışları qədər qeyri-müəyyəndir.Diskurs digər dil hadisələri (morfemlər, sözlər, cümlələr) kimi, müəyyən bir dil üçün səciyyəvi olan müəyyən qaydalara uyğun təşkil edilir [9].Biz bilirik ki, çox vaxt ən qeyri-müəyyən və ən məşhur olan anlayışları müəyyən etmək çətindir, diskurs da məhz bu terminlərdən biridir [2].Humanitar və təbiət elmlərinin fəlsəfə, tarix və metodologiyasında bu terminin iki əsas mənası inkişaf etmişdir.Bu, ilk növbədə, müəyyən bir mövzuda metodik intizamlı nitq və ya bəyanat üçün təyinat kimi istifadə olunur.İkincisi, dilçilikdə və dil aktı nəzəriyyəsində "diskurs" söhbət və ya söhbət daxilində linqvistik hərəkətin təyinatıdır.Beləliklə, diskurs, bir tərəfdən, nəticə çıxaran, rasionallaşdırılmış, təsisatlaşdırılmış biliyə, digər tərəfdən isə, tamamlanmış yazılı mətnin əksinə, canlı yarımçıq nitqlə birləşən kortəbii biliyə aid edilir.Diskurs sözünə xüsusi terminoloji məna verən fransız dilçisi Emil Benvenist olmuşdur.O, diskursu obyektiv qiraətə qarşı qoymuşdur [1, s.92].Z.Harris 1952-ci ildə "diskurs" terminindən istifadə edərək onun mətnlə eyniləşdirdi [6].S. Todorov da onunla eyni mövqedədir və "əlaqəli mətnin (diskurs) linqvistik nəzəriyyəsi mövcud olmadığından biz heç nəyə yönlənə bilmərik" [5] dedikdə diskursu əlaqəli mətn adlandırmışdır.1978-ci ildə Moskvada mətn dilçiliyinə həsr olunmuş "Xarici dilçilikdə yenilik" jurnalında diskurs mətnlə eyniləşdirildi [3].Diskursun ontoloji statusu ilə bağlı mübahisələrdə o, mətnə, daha az hallarda isə dil və nitqə qarşı qoyulmaqda mərkəzi rol oynayır [4; 7; 8].Diskurs təhlili dilçilərlə yanaşı, sosioloqlar, psixoloqlar, süni intellekt mütəxəssisləri, etnoqraflar, ədəbiyyatşünaslar, üslubiyyatçılar və filosofların da iştirak etdiyi fənlərarası bilik sahəsidir.Bütün bunlar çox perspektivlidir, çünki müəyyən həyat vəziyyətlərində nitqimizin necə "işlədiyini", bu anlarda hansı psixi proseslərin baş verdiyini və bütün bunların psixoloji və sosialmədəni amillərlə necə əlaqəli olduğunu anlamağa kömək edir [10].Diskurs təhlilinin əsas prinsipləri isə aşağıdakılardır: Narmin Aliyeva Discourse analysis and its relationship with other fields SummaryThe article makes a small excursion into the history of discourse analysis, talks about its principles and looks at its relationship with other sciences.Discourse has been at the center of research for the last 10 years, but the debate around it continues, so there is no consensus on its definition.However, this topic being a controversial topic, it is viewed in a new aspect every time.This proves the relevance of the article.The purpose of the article is to examine the relationship between discourse analysis and various fields.
Source: Terminology Issues
Author: Narmin Aliyeva
Language: English
Subfield: Philosophy
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4409626480
