Work

Terms and expressions quoted from the hadiths of the Prophet Muhammad in the works of Nasimi

Year: 2025
Type: article
Abstract: NƏSİMİ YARADICILIĞINDA MƏHƏMMƏD PEYĞƏMBƏRİN HƏDİSLƏRİNDƏN İQTİBAS EDİLMİŞ TERMİN VƏ İFADƏLƏR XÜLASƏ Məqalədə Azərbaycan təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi, hürufi əqidəli şair İmadəddin Nəsiminin yaradıcılığında Məhəmməd peyğəmbərin hədislərindən iqtibas edilmiş söz və ifadələr tədqiq olunur.Araşdırma nəticəsində məlum oldu ki, bu terminlərin ilkin mənası və qrammatik vəzifələri şair tərəfindən dəyişdirilərək semantik yolla nominativləşdirilmişdir. Müqayisəli-diaxron metodla aparılan tədqiqat göstərilən terminoloji vahidlərin böyük əksəriyyətinin orta əsr təsəvvüf ədəbiyyatında Qazi Bürhanəddin (XIV əsr), Cahanşah HəqiqiMəqalənin nəticə hissəsində Məhəmməd peyğəmbərin hədislərindən iqtibas edilmiş terminlərin leksik-qrammatik təsnifatı və statistik hesabı öz əksini tapmışdır.Açar sözlər: Məhəmməd peyğəmbər, hədis, terminləşmə, nominativləşmə, leksik qrammatik yaranma yolları.Giriş: İmadəddin Nəsimi yaradıcılığında işlənən ərəb mənşəli terminləri tədqiq edərkən belə məlum oldu ki, ayrı-ayrı leksik vahid və ya ərəb izafəti şəklində olan bir qrup söz və ifadələr Məhəmməd peyğəmbərin hədislərindən iqtibas edilmişdir.Bu sözlər ilkin qrammatik funksiyasının və semantik mahiyyətinin dəyişdirilməsi yolu ilə istifadə olunmuşdur.Orta əsr təsəvvüf ədəbiyyatında həmin terminlərin işlənmə nümunələrinin izlənməsi onların terminləşdiyini göstərir.Beləliklə, hürufi şairimizin əsərlərində Məhəmməd peyğəmbərin hədislərindən iqtibas edilmiş aşağıdakı terminlər müşahidə olunur.Termin və ifadələr: Dəccal ‫ّال(‬ ‫)دج‬ dini inanclara görə, Qiyamətə yaxın dövrdə Qiyamətin əlamətlərindən biri olaraq insanları aldatmaq, yolundan azdırmaq üçün ortaya çıxacağı xəbər verilən, çox pis, fəsadçı və yalançı bir şəxsdir.Yahudilər onu Armilus, xristianlar isə antixrist adlandırırlar.Rəvayətə görə, o, "özünü imam Mehdi (Ə.) kimi qələmə verəcək, insanların imanını pozmağa çalışacaq, ancaq imam Mehdi (Ə.) tərəfindən Şamda öldürüləcəkdir" [24, s. 363].Dəccal sözü Qurani-kərimdə işlənmir.Amma Əbu Davudun rəvayətinə görə, Məhəmməd peyğəmbər onun təsvirini belə vermişdir: "Dəccal geniş alınlı, tək qıyıq gözlü, qıvrım saçlı, qısaboylu, qıvrım saçlı olacaqdır" [26].Nəsimi yaradıcılığında bu termin həm həqiqi, həm də məcazi mənada işlənir.Həqiqi mənada: "Şоl cahilü müşrik оlan, оl kafirü əbtər оlan Dəccala оldur xər оlan, görməz ki, оl canan gəlir" [12, II.s. 201].Məcazi olaraq yalançı, fırıldaqçı anlamında: "Ölsün həsəddən müşrikin, lə'nət qamu dəccalına" [12, II.s. 64].Dəccal termini bir çox klassiklərin şeirlərində rast gəlinir.Şirazinin "Gülüstani-Raz" (XV əsr) tərcümə əsərində "Zühurə gəlmədin dəccali-kafir Cahanda pişrövlər qıldı zahir" [24, s. 329] beytində dəccal həqiqi mənada, Məhəmməd Füzulidə "Mənə əzab verə vəsvəsəylə min dəccal" [16, IV, s.212] misrasında məcazi mənada işləndiyini görürük.Kənzi məxfi və küntü kənz.Küntə kənz əsrarı məхfi qalmasınbu, Məhəmməd peyğəmbərə aid hədisin Nəsimi tərəfindən Azərbaycan türkcəsinə improvizə edilmiş tərcüməsidir:
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4409626508
FWCI:
Cites:
Cited by:
Related to: 10