Work

Fundamental Approaches in Corpora Linguistics and Perspectives of This Field in Azerbaijani Linguistics

Year: 2025
Type: article
Abstract: Bu məqalə müasir dilçilikdə dil korpusu və korpus dilçiliyi anlayışlarının nəzəri əsaslarını və onların tədqiqat sahələrində tətbiqini araşdırır.Dil korpusu müxtəlif dillərə aid yazılı və şifahi materialların strukturlaşdırılmış məlumat bazası kimi təqdim edilir, korpus dilçiliyi isə bu məlumatlardan istifadə edərək dilin müxtəlif aspektlərini empirik üsullarla öyrənən elmi sahə kimi izah olunur.Məqalədə L.Lemnitzer və H.Zinsmeyster, C.Sinclair, M.Stabbs, V.P.Zaxarov, N.N.Kazanski, M.Mahmudov kimi tədqiqatçıların dil korpusuna yanaşmaları müqayisə edilir və onların nəzəri-metodoloji əsasları təhlil olunur.Araşdırmada dil korpuslarının leksikoqrafiya, semantika, sintaksis, tərcümə prosesi, maşın tərcüməsi və nitq texnologiyaları kimi sahələrdə rolu vurğulanır.Bununla yanaşı, Azərbaycan dilinin milli korpusunun yaradılması, bu sahədə aparılan tədqiqatlar və texnoloji imkanlar da müzakirə edilir.AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin bu istiqamətdə apardığı tədqiqatlar, milli korpusun inkişafı üçün atılan addımlar haqqında da məqalədə məlumat verilir.Məqalə korpus dilçiliyinin təkcə kompüter dilçiliyinin bir qolu kimi deyil, həm də müstəqil empirik tədqiqat metodu kimi əhəmiyyətini vurğulayır.Nəticədə korpus dilçiliyinin filoloji tədqiqatlarla əlaqəsi, onun dilin semantik və sintaktik xüsusiyyətlərinin daha dərindən öyrənilməsinə töhfəsi və gələcək inkişaf perspektivləri araşdırılır.Bu tədqiqat dil korpuslarının təkcə elmi-linqvistik tədqiqatlar üçün deyil, həmçinin pedaqoji və texnoloji tətbiqlər üçün də mühüm əhəmiyyət daşıdığını göstərir.Açar sözlər: dil korpusu, korpus dilçiliyi, məlumat bazası,
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4409626522
FWCI:
Cites:
Cited by:
Related to: 10