Work

Pronunciation of consonants in the speech of a film actor

Year: 2025
Type: article
Abstract: KİNO AKTYORUNUN NİTQİNDƏ SAMİTLƏRİN TƏLƏFFÜZÜ XÜLASƏMəqalə kino dilində samitlərin tələffüzünə həsr olunub.Məlum olur ki, kinoaktyorların mənalı, təbii, sərbəst nitqi başqa sənət adamlarının nitqindən fərqlənir.Lakin kinoaktyorların nitqində fonetik dialektizmlərə, ayrı-ayrı səslərin bu və ya digər dialekt və şivələrdəki tələffüz variant və variasiyalarına da rast gəlirik.Təhlillərdən məlum olur ki, aktyorların nitqində bu və ya digər vəziyyətdə bəzi samit səslər tonun və küyün kəmiyyətinə görə fərqlənir.Sintaktik əlaqəyə girmiş sözlərin deyilişi ayrı-ayrı sözlərə nisbətən çətinliyindən bəhs edilir.Belə ki, ayrılıqda sözlərin tərkibindəki ağır tələffüzlü fonemləri səsləndirməyə nəfəs çatır.Amma cümlədəki sözlərin tərkibindəki səslər bəzən öz tələffüz məxrəclərini dəyişərək ahəng qanuna uyğunlaşır.Aparılan araşdırmalardan məlum olur ki, kinoaktyorların nitqində sözlərin təsiri də artır.Bundan ötrü aktyor mətn üzərində ciddi işləməli, cümlələri məna qruplarına bölməlidir.Vurğular yerli-yerində deyilməlidir.Yerinə görə tonun yüksəkliyi, alçaqlığını bilməli və bütün bunlarla yanaşı sözlərdəki səslərin ardıcıllığına görə necə səslənməsini əvvəlcədən müəyyənləşdirməlidir.Açar sözlər: tələffüz normaları, kino dili, kino ustaları, aktyor sənətkarlığı, kinossenari, rejissorun filmi, düzgün tələffüz, orfoepiya.Giriş: Müasir ədəbi tələffüzümüzün əsasını Azərbaycan ziyalılarının danışığı təşkil edir.Bu ziyalılar müxtəlif rayonlardan olmalarına baxmayaraq, yazı dilinin təsiri altında ümumiləşmiş ədəbi dildə danışırlar; ədəbi tələffüz həmin ziyalıların danışığından qidalanaraq öz qaydalarını süzgəcdən keçirirlər.Ona görə də kinoaktyorların mənalı, təbii, sərbəst nitqi başqa sənət adamlarının nitqindən fərqlənir.Bu baxımdan Həsənağa Turabov, Ədil İskəndərov, Yaşar Nuriyev, Nəsibə Zeynalova, Leyla Bədirbəyli, Səməndər Rzayev və başqa aktyorlarımızın nitqi örnəkdir.Lakin aktyorların nitqində fonetik dialektizmlərə, ayrı-ayrı səslərin bu və ya digər dialekt və şivələrdəki tələffüz variant və variasiyalarına da rast gəlirik.Bunun da bir səbəbi Azərbaycan dilində orfoepiyaya aid hələlik mükəmməl dərslik və dərs vəsaitinin kifayət qədər olmamasıdır.Kazım Ziyanın "Səhnə dili haqqında" (1947), M.Şirəliyevin "Azərbaycan dili orfoepiyasının əsasları" (1970), Ə.Dəmirçizadənin "Azərbaycan dili orfoepiyasının əsasları" (1969) adlı kitablarında və başqa jurnal və qəzet məqalələrində ədəbi tələffüz normalarından bəhs olunmuşdur.Əvvəllər də kino dili üçün orfoepiya qaydalarının vacibliyi sənətkar və aktyorlarımızı düşündürmüşdü.Mərhum aktyor Kazım Ziya yazırdı: "Dilçiliyimiz imla, istilah, elmi sərfiyyat məsələləri ilə yanaşı olaraq düzgün ədəbi tələffüz qaydalarını müəyyən etməklə də şübhəsiz, məşğul olacaqlar.Bu yolda xeyli zəhmət çəkmək, ətraflı müşahidələr aparıb, bir sıra məsələləri tədqiq etmək lazım gələcəkdir.Bu məsələlərin elmi əsaslar üzrə həlli, heç şübhə yoxdur ki, şifahi ədəbi dilimizin təkmilləşməsinə böyük yardım göstərir" [2,8].Bəzən kinoaktyorlar məşq zamanı mətni oxuyarkən sözləri yazıldığı kimi tələffüz edirlər ki, beləliklə də onların tələffüz orqanları gərginləşərək nitqi ağırlaşdırır.Aktyorların nitqindən məlum olur ki, bu və ya digər vəziyyətdə bəzi samit səslər tonun və küyün kəmiyyətinə görə fərqlənir.Ona görə də biz Azərbaycan kinosunun tələffüzündə daha çox dəyişikliyə uğrayan samitlər haqqında danışmağı lazım bildik.
Language: English
Field: Psychology
Open Access status: bronze
OpenAlex ID: W4409626560
FWCI:
Cites:
Cited by:
Related to: 10