Work

The enrichment of multsystem languages through terminological borrowings

Year: 2025
Type: article
Abstract: MÜXTƏLİFSİSTEMLİ DİLLƏRİN TERMİNOLOJİ ALINMALARHESABINA ZƏNGİNLƏŞMƏSİ XÜLASƏ Müasir dövrdə elmin, mədəniyyətin, texnikanın, iqtisadiyyatın, beynəlxalq əlaqələrin sürətli inkişafı, ictimai həyatda baş verən sosial dəyişikliklər terminoloji sistemin zənginləşməsinə təsir edir.İctimai sosial dəyişikliklər, elmi-texniki tərəqqi nəticəsində dildə yaranan yeni anlayış və ifadələr terminologiyanın zənginləşməsinə təkan verir.Dilin lüğət tərkibinin zənginləşməsində xüsusi bir lay təşkil edən alınmaların terminoloji sistemə təsirini müəyyənləşdirmək zərurəti yaranır.Buna görə də alınmaların dilin terminoloji sisteminə təsirini araşdırmaq dilçiliyin qarşısında duran əsas məsələlərdəndir.Çünki dillərin lüğət tərkibi dilin həm öz daxili imkanları, həm də başqa dillərdən alınan alınmalar hesabına zənginləşir.Müasir dövrdə dillər arasında gedən proseslər, türk və ingilis dilləri ilə qarşılıqlı əlaqələrin genişlənməsi, bir tərəfdən sözalmanı sürətləndirməklə alınmaların çoxalmasına da şərait yaradır.Açar sözlər: müxtəlifsistemli dillər, lüğət tərkibi, terminologiya, alınma söz, zənginləşmə yolları.Giriş: Müxtəlifsistemli dillərin terminoloji sistemində alınmalar xüsusi bir qat təşkil edir.Dillərin lüğət tərkibini təşkil edən bu qat xalqlar arasında mədəni, ictimai, iqtisadi əlaqələr artdıqca dillərarası əlaqələr və dillərin qarşılıqlı təsiri ilə daha da genişlənir.Bu proseslə bağlı dillərin birindən digərinə sözlərin keçməsi dilləri yeni ifadə vasitələri ilə zənginləşdirir.Millətlərin və xalqların qarşılıqlı əlaqəsi birinci növbədə onların dilinə təsir edir.Deməli dünya dillərinin terminologiyasının inkişafı müxtəlifsistemli dillərin terminoloji sisteminə də təsirsiz ötüşmür.Elmi-texniki tərəqqinin, mədəniyyətlərin qarşılıqlı inkişafı, ədəbiyyat, incəsənət, iqtisadiyyat sahəsində əlaqələr, beynəlxalq əlaqələr dillər arasında qarşılıqlı əlaqələrin yaranmasında və zənginləşməsində öz əksini tapır.Dillərin tarixinə nəzər salsaq aydın olur ki, bütün dövrlərdə dünya dilləri bir-biri ilə müəyyən dil əlaqələrində olmuşdur.İki və daha çox dilin bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf etməsi və onun lüğət tərkibinə dünya dillərinin göstərdiyi hər hansı təsir dil əlaqələrini genişləndirir.Dillərin qarşılıqlı şəkildə bir-birinə təsiri daha güclü elmi-texniki nailiyyətlərə malik olan, cəmiyyətin inkişafının bütün sahələrində öndə gedən xalqların dillərinin başqa dillərə təsiri nəticəsində dillərin leksik tərkibində alınmaların yaranmasına səbəb olur.Bu proses-dillərin qarşılıqlı təsiri, ayrı-ayrı tarixi dövrlərdə fərqli xarakter daşımış, bir dilin digər dilə təsiri zaman keçdikcə müəyyən tarixi dövrlərdə dəyişmişdir.Avropada əvvəllər bu təsir rolunu latın və yunan, sonralar fransız və alman, hazırda isə ingilis dili oynayırsa, şərqdə isə əvvəllər ərəb və fars, bir müddət rus, indi isə ingilis dili əsas təsiredici dillərdəndir.B.Abbasova yazır ki, məntiqi təfəkkürün formalaşdığı, millətlər və xalqlar arasında iqtisadi və hərbi əlaqələrin meydana gəldiyi ən ilkin dövrlərdən başlayaraq dillər arasında da müxtəlif çeşidli münasibətlər təzahür etmişdir(1,s.6).Müəllif haqlı olaraq qeyd edir ki, təfəkkürün formalaşması nəticəsində millətlər arasında əlaqələr genişləndikcə, təkcə iqtisadiyyat, mədəniyyət deyil elmin bütün sahələrində canlanma, inkişaf baş verir bu da, dilin inkişafına şərait yaradır.Cəmiyyətdə inkişaf getdikcə , dilin lüğət tərkibi də zənginləşir.A.Braqina yazır: "Alınma sözlər yad sözlərdir.Lakin dil bu alınmaları aktiv şəkildə mənimsəyərək onu cəmiyyətin tələb etdiyi norma səviyyəsinə qaldırır.Bu yad sözlərdən törəyən alınma sözlər tədricən dil tərəfindən özününküləşdirilir.
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4409626579
FWCI:
Cites:
Cited by:
Related to: 10