Year: 2025
Type: article
Abstract: KATEQORİYASİ XÜLASƏBu məqalə müasir ingilis dilində olduqca qeyri-müəyyən, birmənalı olmayan qrammatik hadisənin -gələcək zaman kateqoriyasının öyrənilməsinə həsr edilmişdir.Gələcək zaman və onun ifadə vasitələri problemi müasir dilçiliyin ən mübahisəli problemlərindən biri olsa da, bu günə qədər ingilis dilinin gələcək zaman forması ətrafnda tədqiqatlar davam etdirilir.Bu fakt, xarici və yerli dilçilərin müasir ingilis dilində futurallıq ("gələcəklik") ifadəsinə olan yanaşmalarının müxtəlifliyi və qeyri-sabitliyi ilə izah oluna bilər.Açar sözlər: qrammatik zaman, gələcək zaman, gələcək-futurallıq, modallıq, qrammatik quruluş.Giriş: İstər yerli, istərsə də xarici dilçi alimlərin müraciət etdiyi zaman kateqoriyası ən çətin və hətta ən sirli qrammatik kateqoriyalardan biri olaraq qalmaqdadır.Dilçilik elmində aparılmış tədqiqatlardan bilirik ki, zaman kateqoriyası kəmiyyət, keyfiyyət, modallıq və s. kateqoriyalar kimi daha mürəkkəb təbiətə malik olan kateqoriyalardandır.Məhz bu yanaşma baxımından qeyd edə bilərik ki, başqa dilxarici kateqoriyalar kimi zaman kateqoriyası da dil daxilində inikas edərək, müxtəlif vasitələr ilə ifadə olunur.Müəyyən mənada zaman dildə xüsusi bir semantik kateqoriya əmələ gətirərək, haqqında bəhs olunan mövcud hal, vəziyyət və onların elementlərinin, danışanın nitq momentinə və ya hər hansı başqa hesablanma nöqtəsinə görə zamanının, vaxtının insan tərəfindən qavranılmasını və dərk edilməsini, habelə anlanmasını əks etdirir.Bununla yanaşı, zaman həm də eyni «semantik kateqoriyaya əsaslanan funksional-semantik sahə olub, bu və ya digər dildə, həmin semantik kateqoriyanın çeşidli variantlarını ifadə etmək üçün istifadə edilən qrammatik (morfoloji və sintaktik), leksik, eləcə də ... leksik-qrammatik, qrammatik-kontekstual vasitələr qrupunu əhatə edir.[Tahirov: 2007, s. 4].Dövrünün tanınmış alimi olan akademik V.V.Vinoqradov da ingilis dilində zaman kateqoriyası mövzusuna toxunaraq, feilin zaman formalarının kifayət qədər tədqiq edilmədiyi haqqında danışmışdı.[Виноградов: 2001, s. 3].Qrammatik zaman problemləri ilə məşğul olan xarici dilçi alimlərin (O.Jespersen, W. Whorf, W. Bull və s.) əsərlərində də Avropa dillərində şifahi zaman formalarının işlənməmiş məsələlərini tədqiq etmişdir.Məsələn, W. Whorf özünün "Psychology of English Language" əsərində yazırdı ki, "feilin özü tək başına çətin ki, zamanın hər hansı bir işarəsini ehtiva edə bilsin" [Whorf: 1958, s. 74].A.V.Bondarkonun nöqteyi-nəzərincə, "hərəkətin icra vaxtı ilə zaman forması (tense) arasında ortaq heç nə yoxdur [Бондарко:1990, s. 34].C.Layons isə qeyd edirdi ki, "zaman kateqoriyasının bir sıra təfsirləri yanlış olaraq dilin "keçmiş", "indiki", "gələcək" zamanlara "təbii" olaraq bölünməsini, mütləq əks etdirməli olduğu fərziyyənin dağıdıcı təsirinə məruz qalmışlar [Лайонз: 1953, səh.45].İngilis dilində zaman kateqoriyası heç də hər zaman obyektiv reallalığı əks etdirmir, çünki keçmişdə və ya gələcəkdə baş verən hadisələr çox zaman Future və ya Past zaman strukturları ilə ifadə olunmurlar.Yəni danışan keçmişdə baş vermiş hadisəni "bugün və burda" olan bir situasiya kimi (I have seen him today), və ya gələcəkdə baş verəcək hadisəni isə daha əhəmiyyətli hesab etdiyi üçün hal-hazırda baş verən hərəkət kimi (They are leaving for tomorrow) təqdim edə bilər.
Source: Terminology Issues
Author: Aynur Muradova
Language: English
Subfield: Language and Linguistics
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4409626580
