Nakhchivan policy of the Great Powers and its effect on the historical geography of the region (1918-1921)
Year: 2025
Type: article
Abstract: BÖYÜK DÖVLӘTLӘRİN NAXÇIVAN SİYASӘTİ VӘ BUNUN BÖLGӘNİN TARİXİ COĞRAFİYASINA TӘSİRİ (1918-1921-Cİ İLLӘR) 1918-ci ilin mayında müsәlman şәrqindә ilk dәfә yaradılmış yeni suveren dövlәt -Azәrbaycan Xalq Cümhuriyyәti çәtin vә mürәkkәb şәraitdә 23 ay yaşayıb fәaliyyәt göstәrdi.Bu Cümhuriyyәt Rusiya ilә yanaşı dünyanın böyük dövlәtlәrinin -ABŞ, İngiltәrә vә Fransanın siyasi, iqtisadi siyasәtlәrinin mәngәnәsindә mübarizә aparmalı oldu, öz suverenliyini qoruyub saxlamaq üçün bütün vasitәlәrә әl atdı, bu yolda çox mürәkkәb problemlәrlә üzlәşdi.Bu dövlәtlәrin tәzyiqi altında 1918-ci il mayın 29-da Azәrbaycan Milli Şurası Azәrbaycan-Ermәnistan arasındakı sәrhәd problemini müzakirә edәrkәn öz suverenliyini qoruyub saxlamaq naminә İrәvanın ermәnilәrә verilmәsi qәrarını çıxarmağa mәcbur oldu vә bu qәrarı ürәk ağrısı ilә "tarixi zәrurәt", "labüd bәla" hesab etdi.Azәrbaycan Xalq Cümhuriyyәti dövründә qonşu ölkәlәr Azәrbaycana qarşı bir sıra әrazi iddiaları irәli sürürdü.Bu zaman onun әrazisi 113.895,97 kv.km idi.Onun 97.296,67 kv.km-i mübahisәsiz, 16.598,30 kv km-i mübahisәli zonaları әhatә edirdi.Belә mәsәlәlәri hәll etmәk üçün ilk öncә 1918-ci il iyunun 4-dә Osmanlı imperiyası ilә Azәrbaycan Cümhuriyyәti arasında dostluq haqqında müqavilә imzalandı.Batum müqavilәsinin ikinci maddәsindә Azәrbaycan, Gürcüstan vә Ermәnistan arasında sәrhәd xәtti müәyyәn edilirdi.Batum müqavilәsinә görә Azәrbaycan da әrazi itkilәrinә mәruz qaldı.1921-ci ilin martın 12-dә Moskva müqavilәsi imzalandı.Moskva müqavilәsindәn sonra bәzi әrazilәri dәqiqlәşdirmәk üçün Sovet Rusiyası nümayәndәsinin iştirakı ilә Türkiyә üç Cәnubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildә Qarsda müqavilә imzaladı.Belәliklә, Moskva vә Qars müqavilәlәri hәm dә Naxçıvanın muxtariyyәt statusunu da hәll etmiş oldu.Açar sözlәr: Naxçıvan, Moskva müqavilәsi, Qars müqavilәsi, muxtariyyәt statusu, Azәrbaycan Xalq Cümhuriyyәti, Osmanlı imperiyası, mübahisәli zona, tarixi coğrafiya.Giriş.1918-ci ilin mayında Cәnubi Qafqazda üç müstәqil respublikanın yaradıldığı elan edildi.Tәbii ki, Naxçıvan diyarı әhalisinin tarixi taleyi hәr zaman Azәrbaycan dövlәtlәri ilә bağlı olmuşdur.Diyarın әhalisi gәlәcәk taleyini yeni Azәrbaycan Xalq Cümhuriyyәti ilә birlikdә görürdü.Azәrbaycan Xalq Cümhuriyyәti dә bu bölgәni özünün ayrılmaz tәrkib hissәsi hesab edirdi.Mәlum olduğu kimi, 1918-ci il mayın 29-da Azәrbaycan Milli Şurası sәrhәd mәsәlәlәrini müzakirә edәrkәn öz suverenliyini qoruyub saxlamaq naminә İrәvanın ermәnilәrә verilmәsi qәrarını çıxarmağa mәcbur oldu vә bu qәrarı ürәk ağrısı ilә "tarixi zәrurәt ", "labüd bәla" hesab etdi.Azәrbaycan Xalq Cümhuriyyәti dövründә qonşu ölkәlәr Azәrbaycana qarşı bir sıra әrazi iddiaları irәli sürürdü.Bu zaman onun әrazisi 113.895,97 km 2 idi.Yeni cümhuriyyәtin 97.296,67 km 2 -i mübahisәsiz әrazilәr hesab edilirdi.Әrazinin 16.598,30 km 2 -i isә mübahisәli zonaları әhatә edirdi [6, s. 6].Azәrbaycan Xalq Cümhuriyyәti ölkәnin әrazi bütövlüyünü vә suverenliyini qoruyub saxlamaq üçün çox çәtin şәraitdә mübarizә aparır, bütün imkanlardan istifadә edir, taleyüklü mәsәlәlәrin hәllinә çalışırdı.Belә mәsәlәlәri hәll etmәk üçün ilk öncә 1918-ci il iyunun 4-dә Osmanlı imperiyası ilә Azәrbaycan Xalq Cümhuriyyәti arasında dostluq haqqında Batumda müqavilә imzalandı.Bu, Azәrbaycan Xalq Cümhuriyyәtinin hәr hansı bir xarici dövlәtlә bağladığı ilk müqavilә idi.Batum müqavilәsinin ikinci maddәsindә Azәrbaycan, Gürcüstan vә Ermәnistan arasında sәrhәd xәtti müәyyәn olundu [1, s. 437-438].Batum müqavilәsinә görә, Azәrbaycan da әrazi itkilәrinә mәruz qaldı.Müqavilәyә görә, Şәrur-Dәrәlәyәz qәzasının Şәrur hissәsi vә Ordubad istisna olmaqla Naxçıvan qәzası Osmanlı dövlәtinә verildi.Bundan başqa İrәvan qәzasının Qәmәrli, Uluxanlı, Vedibasar bölgәlәri Osmanlı Türkiyәsinin tәrkibinә keçdi [9, s. 85].Akademik İ.Hacıyev Batum müqavilәsinin şәrtlәrinә daha geniş vә dәqiq şәkildә toxunaraq yazır: "Türkiyә hәrbi әmәliyyatlar meydanında verdiyi qurbanların әvәzi olaraq bir sıra yeni әrazilәr vә imtiyazlar tәlәb etdi.Bu tәlәblәrә Tiflis quberniyasının Axıska vә Axalkәlәk qәzaları, İrәvan quberniyasının Aleksandropol (Gümrü) vә Sürmәli qәzaları, Eçmiәdzin qәzasının Sәrdarabad hissәsi, İrәvan qәzasının cәnub vә cәnub-qәrb hissәsini tәşkil edәn Kәmәrli (Gәrnibasar), Uluxanlı (Zәngi-
Source: Həbərlər.
Author: Nurlana Aliyeva
Language: English
Topic: Soviet and Russian History
Field: Social Sciences
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4410516743
