Year: 2025
Type: article
Abstract: Mәqalә Naxçıvan dialekt vә şivәlәrinin leksikasına aid bir sıra sözlәrin linqvistik tәhlilinә hәsr olunub.Hәmin leksik vahidlәr dilimizin qәdim yazılı abidәlәri, hәmçinin ayrı-ayrı dialektlәrdә işlәnәn nümunәlәrlә müqayisәli tәdqiq edilmişdir.Araşdırma nәticәsindә sübut olunmuşdur ki, Naxçıvan dialekt vә şivәlәri dialekt leksikasının zәnginliyi ilә diqqәti cәlb edir.Burada bölgә әhalisinin hәyat vә yaşayışı ilә bağlı olduqca maraqlı leksik vahidlәr mövcuddur.Hәmin leksik vahidlәrin müasir dilçilik aspektindәn öyrәnilmәsi bir sıra maraqlı nәticәlәrin әldә edilmәsinә imkan verir.Açar sözlәr: Naxçıvan, Ordubad dialekti, Culfa şivәsi, leksik vahidlәr, urvat.Giriş.Dil hәr hansı bir xalqın milli kimliyini, onun dünyada mövcudluğunu, qәdim tarix vә mәdәniyyәtini özündә yaşadan әn әsas mәnbәlәrdәn biridir.Bu mәnbәnin zәnginliyi isә hәmin xalqın ulu keçmişinә, qәdim әnәnәlәrinә işıq tutur.Heç şübhә yoxdur ki, hәr hansı bir әdәbi dilin formalaşmasında onun ümumxalq danışıq dili, başqa sözlә, dialekt leksikası әhәmiyyәtli yerә vә rola malikdir.Bu baxımdan yanaşdıqda Naxçıvan dialekt vә şivәlәri leksik fondunun zәnginliyi ilә Azәrbaycan dilinin dialekt vә şivәlәri içәrisindә özünәmәxsus yer tutur.Hәmin dialekt vә şivәlәrdә işlәdilәn leksik vahidlәr bölgә әhalisinin mәşğuliyyәti, tәsәrrüfat hәyatı, mәişәti ilә sıx bağlıdır.Mәqalәmizdә bәhs etdiyimiz dialekt vә şivәlәrdәn toplanan bir sıra leksik vahidlәrin tәhlilinә yer verilәcәkdir.Bir faktı qeyd etmәk lazımdır ki, belә leksik vahidlәrin etnolinqvistik tәhlili olduqca maraqlı mәsәlәlәrin ortaya çıxarılmasına şәrait yaradır.Әsas tәhlil.Araşdırmaya cәlb etdiyimiz leksik vahidlәrin dilimizin tәdqiq olunan digәr dialekt vә şivәlәri, qohum dillәr, onların dialektlәri, qәdim yazılı mәnbә vә abidәlәrdәki nümunәlәrlә müqayisәli linqvistik tәhlili bәzi maraqlı faktların ortaya çıxarılmasına imkan verir.Müasir Naxçıvan dialekt vә şivәlәrindә işlәnәn urvat//urvәt, urvatdı//urvәtdi sözlәrinin linqvistik tәhlili olduqca maraqlıdır.Belә ki, urvat sözü tәdqiq edilәn dialekt vә şivәlәrdә "hörmәt, dәyәr, bәrәkәt", urvatdı leksemi isә "hörmәtli, dәyәrli, bәrәkәtli" anlamlarını ifadә edir.Xalq arasından toplanmış aşağıdakı nümunәlәrә diqqәt yetirәk: Mәs.: 1. U:n day camahatın ya:nda urvatı qalmı:b.2. Hәmmәşәn xe:rxa olan adamnar urvatdı o:r.Yuxarıdakı hәr iki nümunә dә urvat vә urvatdı sözlәrinin "hörmәt, dәyәr" anlamlarında işlәdildiyini görürük.Bununla yanaşı, xalq arasında bu leksik vahidlәrin hәr ikisi omonimlik xüsusiyyәti daşımaqla "bәrәkәt" vә "bәrәkәtli" mәnalarını bildirir.Mәs.: 1. Sә: görüm evinnәn urvat әysilmәsin; 2. Dәsdәrxa:n hәmmәşәn urvatdı ossun.Bir faktı da unutmayaq ki, urvatdı sözü quruluşca düzәltmә olub urvat isminә adlardan sifәt düzәldәn -dı (-lı 4 ) leksik şәkilçisinin artırılması yolu ilә yaranmışdır.Bu leksik vahidlәr eyni fonetik tәrkib vә mәnalarda Azәrbaycan dilinin Şәki, Laçın, Şuşa, Gәdәbәy dialekt vә şivәlәrindә dә işlәnir.Bәhs olunan dialekt vә şivәlәrdә maraq doğuran leksik vahidlәrdәn biri dә müxtәlif şivәlәrdә fәrqli fonetik tәrkibdә, lakin eyni anlamda işlәnәn uğursax//ovursağ//ovutsağ leksemidir.Fonetik tәrkibcә fәrqlilik tәşkil edәn bu leksem "balası öldükdәn sonra sağılan heyvan" mәnasındadır.Mәs.: Bizim bı qoyun ovutsağdı bıyılları.Aparılan araşdırmalar zamanı sözün ovutsağ formasında işlәnmәsi diqqәtimizi cәlb etdi.Galladarlar qeyd edirlәr ki, "...Ovutsağ qoyu:n balası öldüyünnәn bi az bekaf o:r.Elә hey mәli:r.U:n bi növ könnün almax, avıtmax üçün ayrı quzuları әmişdirrix'
Source: Həbərlər.
Author: Rashad Zulfugarov
Language: English
Subfield: Language and Linguistics
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4410517497
