Year: 2025
Type: article
Abstract: Təqdim olunan məqalədə Qarabağın tarixi, orada baş verən hadisələr, Azərbaycan xalqının tarixən məruz qaldığı faciələri işıqlandıran əsərlərin adları çəkilir, Sovet hakimiyyəti illərində Qarabağ konfliktinə laqeyd münasibətin tariximizə vurduğu mənəvi-ideoloji zərbə pislənir, Azərbaycan müstəqillik əldə etdikdən sonra Qarabağ mövzusunun, Azərbaycançılıq konsepsiyasının aparıcı istiqamətə çevrilməsinin əhəmiyyəti vurğulanır.Eyni zamanda 2000-ci illər -nisbi sabitlik dövründə birinci Qarabağ müharibəsi mövzusunda yazılmış hekayələrin təhlilinə xüsusi yer verilir.Azər Abdullanın "Qımır", Əlabbasın "Halal qan", Salidə Şərifovanın "Əriyən şam", Nizami Əlioğlunun "Əl saxla", Bahar Bərdəlinin "Evlərinin dalı təpə", Vüsal Tağıbəylinin "Dağlarda qalan məzar", Aləmzər Sadiqqızının "Günahkar adam", Aqil Hacıyevin "Dəhliz", Qərib Mehdinin "Ah, torpaq...torpaq" hekayələri mövzu-mündəricə baxımından şərh olunur.Qarabağ müharibəsinin acı izlərinin qəhrəmanların ruhi vəziyyətində inikası, gerçəkliyin dərin qatlarına nüfuz edərək baş verən olaylara dinamik münasibət hekayələrin əsas dramaturji xəttini müəyyən edir.Nəsr təfəkkürünün təhkiyənin stixiyasına qatdığı estetik rəngarənglik hekayələrin mətnində özünü göstərir.Açar sözlər: nəsr, realist hekayə,
Source: Journal of Young Researcher
Author: Hanifa Yusif Salifova
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4410645290
