Introduction to the philosophy of consciousness and prototypes of the education of the future
Year: 2025
Type: article
Abstract: XülasəSüni intellekt (Sİ) fəlsəfəsi mövzusuna bir neçə məqalə və kitabın nəşri ilə ifadə olunmuş marağımız, təbii ki, fikrimizcə, bizi şüur fəlsəfəsi və Sİ haqqında biliklərin şüurumuz barəsində nə isə yeni bir şey öyrənməyə, yeni bilik əldə etməyə imkan verə biləcəyi xüsusunda düşüncələrə gətirib çıxardı.Belə bir anlayış formalaşıb ki, bu məsələnin aktuallığı yalnız fəlsəfə sahəsi ilə məhdudlaşmır və bundan başqa şüur fəlsəfəsi olmadan fəlsəfə və elmi məhz nəyin vahid bir tam halında (bunun isə, əlbəttə, ziddiyyətsiz olmadığını bəzən unudan təkcə filosoflar deyil) birləşdirdiyini aydınlaşdırmaq və başa düşmək mümkün deyil.Düşünürük ki, varlıq, ontologiya və etika problemləri şüurun mahiyyəti barədə düşüncələr, şüur və beyin haqqında biliklər olmadan filosofun onları necə dərk etdiyi nəzərə alınmadan konseptual surətdə ifadə oluna bilməz.Şüur fəlsəfəsi, həmçnin müasir elm fəlsəfəsi və fəlsəfə tarixinin, fənlərarası tədqiqatların, gələcəyin elm və təhsili haqqında təsəvvürlərin necə olmalılığının, onların (həmçnin, şüur və biliyin və s) bir-birinə necə keçdiyinin, qarşılıqlı münasibət və təsirdə bulunduğunun dərkinə gətirib çıxarır.Əlbəttə, bu məqalədə həmin problematikaya yalnız girişdən və hətta artıq bizim ön sözümüzdən bəhs edilir və bu qeyd, fikrimizcə, əhəmiyyət kəsb edir.Fəlsəfə və elmdə,
Author: Ilham Mammadzada
Language: English
Subfield: Experimental and Cognitive Psychology
Field: Psychology
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4410745134
