Work

Personality factor in comparative analysis of cultures of the east and west

Year: 2025
Type: article
Abstract: XülasəƏsrlərdən bəri davam edən Qərb-Şərq sivilizasiyalarının münasibətləri məsələsi müasir dövrdə daha tez-tez müzakirə olunur.Sözügedən iki regionun gələcəyi, onların nailiyyətləri və üstünlüklərini üzvi əlaqələndirmək yolu ilə vahid dünya birliyinin yaradılıb-yaradılmayacağına dair mübahisələr səngimək bilmir.Təbii ki, bu halda söhbət həm də şəxsiyyətin Qərbin və Şərqin əldə etmiş olduğu mədəni və mənəvi nailiyyətlərə münasibətini də gündəmə çıxarır.Bütövlükdə götürdükdə məsələnin mahiyyəti Şərq və Qərb sivilizasiyalarının malik olduğu tarixi ənənələrin və mədəniyyətlərin ümumi və özünəməxsus cəhətlərini dəqiq müəyyənləşdirmək və müasir şəxsiyyətin onları özündə inteqrasiyasının mümkünlüyünü, formalarını və yollarını araşdırmaqdadır.Qərb və Şərq bəşər mədəniyyətinin iki üzü, iki sivilizasiya, iki həyat tərzi və iki növ fəlsəfi anlayışdır.Bu mədəniyyətlər həm mədəni həyat, həm də maddi dəyərlər baxımından bir çox cəhətdən birbirindən uzaqdır.Tədqiqat iki mədəni sivilizasiyanın əsas ideoloji və dəyər oriyentasiyalarının müəyyənləşdirilməsinə, bu mədəniyyətlərin tərəqqi və inkişafında şəxsiyyət amilinin rolu və habelə bu mədəniyyətlər arasında mövcud olan fərqlərin təhlilinə həsr edilmişdir.Məqalədə bu sahədə görkəmli alim və tədqiqatçıların elmi əsərlərindən istifadə etməklə Şərq-Qərb kontekstində mədəni və ictimai-siyasi mühitində şəxsiyyətin aparıcı rolu, bu zaman hər iki mədəniyyətin qarşılıqlı təsir xüsusiyyətləri aydınlaşdırılmışdır.
Language: English
Field: Psychology
Open Access status: bronze
OpenAlex ID: W4410745156
FWCI:
Cites:
Cited by:
Related to: 10