Year: 2025
Type: article
Abstract: Tədqiqatın əsas məqsədi özünəinamın akademik performansı əvvəlki nailiyyətlərdən daha dəqiq proqnozlaşdırdığını və bu inancların real nəticələrlə uyğunluğunun vacib olduğunu göstərməkdir. Həmçinin tələbələrin öz qabiliyyətlərini düzgün qiymətlən-dirməməsinin onların davranışlarına və motivasiyasına mənfi təsir etdiyi vurğulanır. Ümumilikdə özünəinamın balanslı inkişafının akademik uğurlara mühüm təsir etdiyi nəticəsinə gəlinir. Tədqiqat metodları fərqli sahələrdə özünəinam ilə real nəticələr arasındakı əlaqəni ölçmək üçün statistik məlumatlar toplanmış və analiz edilmişdir. Həmçinin tələbələrin öz bacarıqlarını necə dəyərləndirdiklərini və bu dəyərlən-dirmənin real göstəricilərlə uyğunluğunu qiymətləndirmək üçün müxtəlif testlər və sorğular tətbiq edilmişdir. Nəticələr əsasında tələbələrin motivasiya və davranış-larına təsir edən amillər müəyyən edilmişdir. Tədqiqatın praktik əhəmiyyəti kompe-tensiya əsaslı tədrisin təşkilinin təhsil prosesindəki effektivliyini göstərməkdən ibarətdir. Araşdırma tələbələrin bilik, bacarıq və münasibətlərinin inteqrasiya olun-muş şəkildə inkişaf etdirilməsi üçün yeni tədris yanaşmalarının tətbiqini təşviq edir. Nəticələr tədris proqramlarının praktiki bilik və peşəkar kompetensiyaların formalaş-dırılmasına yönəldilməsinin vacibliyini vurğulayır. Eyni zamanda, bu yanaşma tədris prosesində əldə edilən nəticələrin daha obyektiv qiymətləndirilməsinə və tələbələrin inkişaf ehtiyaclarının daha yaxşı qarşılanmasına imkan yaradır.
Authors: Rüfət Sərdarlı, Aysel Qaragözova, Hacı Məhəmməd Vagif
Institution: Azerbaijan State University of Economics
Language: English
Subfield: Experimental and Cognitive Psychology
Field: Psychology
Domain: Social Sciences
SDG: Quality education
Open Access status: gold
OpenAlex ID: W4411417724
