Work

Transregional Integration Mexanisms of the World Economy: a Conceptual Approach to Azerbaijan’s Regional Cooperation

Year: 2025
Type: article
Abstract: Məqalədə transregional səviyyədə formalaşan inteqrasiya təcrübələrinə və inteq-rasiya platformalarının əlaqələndirilməsi mexanizmlərinə nəzər salınır. İnteqrasiya istiqamətlərinin sistemli tədqiqi üçün baxış bucağının müəyyən edilməsindən, əməkdaşlıq mexanizmlərindən və metodiki yanaşmalardan bəhs olunur. Məqalədə müasir dünyada transregional əlaqələrin inkişafının mühüm elmi-nəzəri sualları araşdırılır: regional inteqrasiya və transregionalizm proseslərinin qarşılıqlı əlaqəsi; bu iki prosesin hərəkətverici amillərinin müəyyən edilməsi; regional inteqrasiya və transregional əməkdaşlıq siyasətində milli maraqların balanslığının təmini. Müəllif-lərin əsas ideyası və töhfəsi transregional inteqrasiyanın yeni iqtisadi artım mənbəyi kimi nəzərə alınması, iştirakçı ölkələrin iqtisadi faydaları haqqında nəticə çıxararkən inteqrasiyaya qeyri-xətti proses kimi yanaşılması və xarici iqtisadi əlaqələrin şaxələndirilməsidir. Məqalənin məqsədi beynəlxalq iqtisadi inteqrasiya səviyyə-lərinin qiymətləndirilməsi üçün mövcud metodoloji yanaşmaları sistemləşdirməkdir. Inteqrasiyanın «ölkə-region», «region-region» və «transregional» səviyyələrində motivləri və mexanizmləri, azad iqtisadi zonaların və infrastruktur layihələrin poten-sial imkanları qiymətləndirilir. Azərbaycanın xarici iqtisadi əlaqələrinin yeni istiqamətləri və inteqrasiya münasibətlərinin perspektivləri üzrə konseptual təkliflər irəli sürülür.
Authors: Müşfiq Quliyev, Murad Axundov
Language: English
Open Access status: gold
OpenAlex ID: W4411417744
FWCI:
Cites:
Cited by:
Related to: 10