Year: 2025
Type: article
Abstract: Bu məqalə yaşıl iqtisadiyyatın inkişafında tullantıların iqtisadi və ekoloji dəyərləndirilməsini araşdırır. Yaşıl iqtisadiyyat təbii resurslardan səmərəli istifadə, ekoloji balansın qorunması və sosial davamlılığın təmin edilməsi məqsədini güdür. Tullantıların idarə olunması, təkrar emal və dövriyyə iqtisadiyyatı bu konsepsiyanın vacib elementlərindəndir. Məqalədə tullantıların iqtisadi və ekoloji dəyərlən-dirilməsi üsulları, tullantıların təkrar emalına yönəlik texnologiyalar və sosial-siyasi təsirlər müzakirə olunur. Eyni zamanda Azərbaycan və digər inkişaf etməkdə olan ölkələrin yaşıl iqtisadiyyat və tullantıların idarə olunması sahəsindəki təcrübələri və çağırışları nəzərdən keçirilir.
Authors: Həcər Şükürova, Elşən Əhmədov
Institutions: Khazar University, Azerbaijan State University of Economics
Language: English
Subfield: Waste Management and Disposal
Field: Environmental Science
Domain: Physical Sciences
Open Access status: gold
OpenAlex ID: W4411417745
