Year: 2025
Type: article
Abstract: XÜLASƏ Etnik bölgü (bölünmüş xalq) məsələsi bu gün dünya siyasətinin ən kəskin problemlərindən biridir.Bölünmüş etnos dedikdə, adətən coğrafi ərazi bütövlüyü bu və ya digər səbəblər nəticəsində sərhədlərlə parçalanmış xalqlar nəzərdə tutulur.Yəni bu xalqların əsrlər boyu formalaşmış etnik sərhədləri rəsmi coğrafi sərhədləri ilə üst-üstə düşmür.Coğrafi mövqeyindən və ya sayından asılı olmayaraq hər hansı etnosun bölünməsi yalnız həmin etnosun özü üçün deyil, həm də onun ətrafı, bəzən də yerləşdiyi region, hətta bütün dünya üçün (Koreya, Tayvan, Kəşmir...) çox ciddi problemlər -qlobal müharibə təhlükəsi yaradır.Hazırda dünyada çoxlu bölünmüş etnoslar var.Onlardan biri də Azərbaycan Respbulikasında, İran, Gürcüstan və Rusiyanın Azərbaycan Respubulikası ilə həmsərhəd bölgələrində -öz tarixi torpalarında yaşayan Azərbaycan türkləridir.Heç şübhəsiz ki, bura Ermənistandakı dədə-baba torpaqlarından zorla çıxarılmış yüz minlərlə soydaşımızın tarixi yurdlarını da əlavə etmək lazım gəlir.İki yüz il öncə ərazisi Rusiya və İran arasında bölünmüş Azərbaycan cəmiyyətinin ictimai şüurunda vətənin bölünməsi və onun torpaqlarının yenidən birləşdirilməsi ilə bağlı fərqli düşüncələr özünü göstərir.Bu düşüncələr ayrı-ayrı dövrlərdə siyasi və hüququ müstəvidə müzakirə olunsa da, daha çox ədəbi müstəvidə özünü göstərməkdədir.Hazırda müstəqil Azərbaycan Respublikasının mövcudluğu, onun iqtisadi, siyasi və hərbi baxımdan inkişaf edib bölgənin lider dövlətinə çevrilməsi fonunda son zamanlar cənublu ziyalılar, o cümlədən ədəbiyyat xadimləri arasında vətənin birliyi və müstəqilliyi ideyasının yavaş-yavaş gücləndiyi, təbii olaraq daha geniş dairələri əhatə etməyə başladığı görülməkdədir.Heç şübhəsiz ki, bu ideyaların yayılmasında amansız təzyiqlərə rəğmən fərqli dünyagörüşü və ədəbi cərəyanları təmsil edən cənublu şairlərin fəaliyyəti xüsusilə diqqəti cəlb edir.Məqalədə onların əsərləri bu
Source: Eastern Studies
Author: Fikret Suleymanoglu
Institution: Azerbaijan National Academy of Sciences
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4411578730
