Work

The main directions of Turkish diplomacy during the Atatürk era

Year: 2025
Type: article
Abstract: XÜLASƏ Bu məqalədə Mustafa Kamal Atatürkün dövründə Türkiyə Respublikasının xarici siyasətinin əsas prioriteti kimi İngiltərə ilə əlaqələri araşdırılır.Həmçinin Atatürkün Türkiyənin daxili siyasətində intensiv islahatlar apardığı bu dövrdə xarici aləmdə də balanslı və ehtiyatlı mövqe nümayiş etdirməsi kimi məqamlar vurğulanmışdır.Tədqiqat işində Boğazların rejimi ilə bağlı Montrö konvensiyası Türkiyənin suveren hüquqlarını gücləndirərkən İngiltərə ilə qurulan əməkdaşlığın göstəricisi olması, 1936-1938-ci illər arasında qarşılıqlı səfərlər, barışıqlar və iqtisadi əməkdaşlıq yolu ilə əlaqələrin daha da möhkəmlənməsi, xüsusən bu dövrdə Türkiyənin İngiltərə kimi revizionist bloklardan uzaq durması kimi məsələlər nəzərdən keçirilmişdir.Bu kontekstdə Atatürkün xarici siyasət sahəsində ortaya qoyduğu baxış, "Yurtta sülh, dünyada sülh" kəlmələri ilə qarşıya qoyduğu məqsəd və bu istiqamətdə yeritdiyi qətiyyətli siyasətlər Türkiyə dövlətinin bugünkü mövqeyinə çatmasında bəlkə də ən mühüm amillər oldu.Gənc yaşlarından beynəlxalq hadisələri, diplomatiyanı və xarici siyasəti yaxından izləyən Atatürk hələ o zamanlar bilirdi ki, qurmaq arzusunda olduğu Türkiyə Cümhuriyyəti möhkəm təməllər üzərində qurulmuş təsirli xarici siyasət və xarici əlaqələrlə çağdaş sivilizasiyalar arasında öz layiqli yerini tuta bilər.Bu səbəbdən də Atatürk üçün xarici siyasət və Türkiyənin beynəlxalq aləmdəki yeri hər zaman yüksək prioritet olub, onun fikir və təsəvvürlərində Türkiyənin gələcəyinin bu çərçivədə irəli sürüləcək sağlam baxışdan və bu istiqamətdə izləniləcək qətiyyətli siyasətlərdən asılı olduğu fikri hakim olub.
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4411578731
FWCI:
Cites:
Cited by:
Related to: 10