Work

Shahbuz district and its historical and cultural monuments

Year: 2025
Type: article
Abstract: XÜLASƏMəqalədə Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidlərindən biri olan Şahbuz diyarının qədim tarixə, zəngin mədəniyyətə malik olması haqqında məlumatlar öz əksini tapıb.Bu tarix daşlaşmış kitabələrlə yanaşı, onun toponimlərində, maddi mədəniyyət nümunələrində qorunaraq günümüzə qədər gəlib çatmışdır.Mənbələrdə "Şahbuz" adına ilk dəfə Eldənizlərin mis sikkə dəfinəsini göstərən xəritədə rast gəlinir.Bununla yanaşı, Şahbuz adına Teymurun tarixçisi Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə" adlı əsərində də rast gəlinir.Lakin, Eneolit, Tunc, Dəmir dövr antik və orta əsr yaşayış yerləri və epiqrafik tədqiqatların nəticələri onu göstərir ki, Şahbuz bölgəsində həyat bütün tarixi dövrlərdə ardıcıl davam etmiş, burada yad mədəniyyət qalığı və təsiri izlənməmişdir.Eyni zamanda bunu ərazidəki qədim yaşayış yerlərinin, həmçinin Nəbi yurdu və Zorbulaq yaxınlığında Paleolit dövrünə aid yaşayış yerlərinin olması da təsdiqləyir .Ulularımızın Naxçıvan diyarında özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri qədim Naxçıvan diyarının Azərbaycançılıq möhürüdür.Aparılan tədqiqatlar nəticəsində Şahbuz bölgəsində qeydə alınan abidələrin sayı 139 olmuşdur.Onlardan 103-arxeoloji abidədir.Arxeoloji abidələrin 7-i dünya əhəmiyyətli, 30-u ölkə əhəmiyyətli, 66-ı isə yerli əhəmiyyətlidir.Şahbuz rayonunda qeydə alınan ölkə əhəmiyyətli monumental sənət əsəri 1, təbiət abidəsi 1 və yerli tarixi abidələrin sayı isə 2-dir.Şahbuz rayonunda dünya, ölkə və yerli əhəmiyyətli mədəniyyət abidələrindən sayılan ölkə əhəmiyyətli memarlıq abidələrinin sayı 4, yerli əhəmiyyətli memarlıq abidələrinin sayı isə 11-dir.Qədim tarixə malik olan bu ərazidə qeydə alınan ölkə əhəmiyyətli pirlərin sayı 2, yerli əhəmiyyətli pirlərin sayı isə 15-dir.Ölkəmizin bütün bölgələrində olduğu kimi, Şahbuz rayonu ərazisində olan, dini-mənəvi mədəniyyətimizin bir hissəsini təşkil edən müqəddəs yerlər: ziyarətgahlar-pirlər xalqımızın mənəvi mədəniyyətinin nümunəsi kimi dəyərləndirilir.Bu qədim inanc yerləri xalqın tarixinin izlərini yaşadan və keçmişlə bu gün arasında körpü yaradan mənəvi sərvətlərimizdəndir.
Language: English
Subfield: Anthropology
Open Access status: bronze
OpenAlex ID: W4411578739
FWCI:
Cites:
Cited by:
Related to: 10