Year: 2025
Type: article
Abstract: XÜLASƏMəqalədə Azərbaycanın şimal-qərb bölgəsində yaşayan azsaylı xalqların nümayəndələrindən olan rutulların tarixindən və etnoqrafiyasından danışılır, orta əsrlərdə rutul tarixindən müəyyən faktlar qeyd olunur, həmçinin rutul folklorunun spesifik xüsusiyyətlərindən bəhs edilir.Tədqiqatda rutulların əsas yaşayış yerləri, ləhçələri, mərasimlərdəki adət-ənənələri, rutul dili haqqında məlumat qeyd olunmuş, rutul və Azərbaycan etnoqrafiyasının bir sıra ortaq cəhətlərinə nəzər salınmışdır.Azərbaycan ərazisində dostluq və qardaşlıq şəraitində yaşayan azsaylı xalqların nümayəndələrindən olan bu xalqın mədəniyyətinin tərkib hissəsi olan rutul folkloru və etnoqrafiya nümunələri toplanaraq məqalədə tədqiqata cəlb edilmişdir.Araşdırmada bu istiqamətdə yazılan elmi əsərlərin tədqiqi ilə yanaşı, müşahidə, müsahibə və materialların toplanması metodlarından da istifadə edilmişdir.Məqalədə rutul folklorunun özəlliklərindən, toy adətlərindən bəhs edilir.Qeyd etdiyimiz bu məsələlər müasir tarix və etnoqrafiya üçün maraq doğuran məsələlərdəndir.Bundan əlavə olaraq rutulların bir çox festivallarda və dövlət əhəmiyyətli tədbirlərdə iştirak etməsi və hələ də bu adəti yaşadan Abay rəqs qrupu haqqında məlumat verilmişdir.Burada etnoqrafik cəhətdən maraqlı olan qudiy-qudiy oyunu haqqında da maraqlı məlumatlar əks olunmuşdur.Sonda xalqın yaşlı nümayəndələrinin istifadə etdiyi maraqlı şeirlər və mahnılar təqdim olunmuşdur.
Source: Eastern Studies
Author: Elvin Garayev
Language: English
Subfield: Museology
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4411578742
