Year: 2025
Type: article
Abstract: XÜLASƏHazırkı məqalədə XIII-XIV əsrlərdə Azərbaycanda məhkəmə-hüquq sisteminin təşəkkülü, onun inkişafı tarixi, eləcə də bəhs edilən dövrlərdə bizim ölkəmizin ərazisində qurulmuş dövlətlərin, xüsusilə Elxanilərin tətbiq etdikləri məhkəmə-hüquq sistemi, hüququn növləri və formalarının yaranması və inkişafı kimi mühüm məsələlər ilk yazılı mənbələr və elmi tədqiqatların nəticələri əsasında araşdırılmışdır.Bu məqsədlə əlimizdə olan bəzi ilk qaynaqların verdiyi məlumatlardan istifadə edərək Azərbaycanda hüquq elminin inkişaf yolu, konkret dövlətlərin dövlət quruluşunun, qanunvericiliyinin, onun səlahiyyətlərinin və məhkəmə-hüquq institutlarının rolu və fəaliyyətinı işıqlandırmağa çalışmışıq.Məqalədə həmçinin bəhs edilən dövrlərdə hüquq sisteminin inkişafında hər hansı bir rol ifa etmik görkəmli alim və dövlət xadimlərinin adları çəkilmiş və onların bu istiqamətdə gördükləri işlər və konkret fəaliyyətləri araşdırılmışdır.Məqalədə dövlət və dövlətçilik tariximizdə mühüm rol ifa edən hüquq-məhkəmə sisteminin bəzi spesifik cəhətlərinə aydınlıq gətirməyə çalışmışıq.Belə ki, əvvəlcə monqolların müsəlman ölkələrini istila etməzdən qabaq dövlət idarəçiliyində, hüquq sahəsində, qanunvericilik sistemi, məhkəmə və mühakimə -"qəza" və "yarğu" işlərində hansı qayda-qanunlardan istifadə etdiklərini aydınlaşdırmağa çalışmışıq.Sonrakı mərhələdə isə istiladan sonrakı mərhələləri, xüsusuilə Elxanilər dövründə Azərbaycanda məhkəmə-hüquq sistümində baş bermiş bir sıra dıyişiklikləri də şərh etmişik.Məqalədəki faktlar onu sübut edir ki, məhkəmə və mühakimə işlərində monqollara məxsus olan «yarğu» qanunları monqollar üçün öz əhəmiyyətinə görə heç də şəriət qanunlarından geri qalmamışdır.Belə ki, məqalədə təqdim edilən məlumatlardan aydın olur ki, XIII-XIV əsrlərdə monqol və türk tayfaları arasında qaldırılmış məhkəmə iddiaları «yarğu» qanunları əsasında, yerli müsəlman əhalisi arasında qaldırılmış məhkəmə iddiaları isə islam şəriətinə və fiqhi qaydalara uyğun olaraq həll edilmişdir.Qeyd etmək lazımdır ki, bəhs edilən dövrdə «Yarğu» məhkəmələri monqolların özləri -bütpərəst ruhanilər tərəfindən, islam məhkəmələri isə müsəlman ruhaniləri tərəfindən idarə olunurdu.
Source: Eastern Studies
Author: Elkhan Guliyev
Language: English
Field: Social Sciences
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4411578750
