Work

On the history of research into the lexicon of the Gagauz language

Year: 2025
Type: article
Abstract: XÜLASƏHər hansı bir dili tədqiq edərkən onun tədqiqat tarixinə nəzər salmaq olduqca vacibdir.Qaqauz dilinin leksikasının tədqiqi tarixinin öyrənilməsi bu dilin leksikologiyasının inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan yaradır.Azərbaycan, türk və türkmən dilləri kimi türk dilinin oğuz qrupuna daxil edilən qaqauz dilinin lüğət tərkibi ilə bağlı araşdırmalar əsasən sözlərin mənşəyinə yönəlmişdir.Mənşə etibarilə olduqca zəngin xarakter daşıyan bu dilin lüğət tərkibi əsasən türkmənşəli sözlərdən ibarət olsa da, rus, bolqar, rumın, yunan, ərəb, fars, ingilis, fransız və s. dillərdən xeyli söz alınmışdır.qaqauz dilinin leksikasının öyrənilməsi sahəsində ilk tədqiqat işi N.K.Dmitriyevin 1950ci illərin əvvəllərində yazdığı "Qaqauz dilinin lüğət tərkibi haqqında" adlı məqaləsidir.Məqalədə qaqauz dilinin alınma leksikası tədqiqata cəlb olunmuşdur.Müəllif XX əsrin əvvəllərində qaqauz dilinin əsas lüğət tərkibi olan türkmənşəli sözləri etimoloji baxımdan tədqiq etmişdir.O, qaqauz sözlərinin əksəriyyətinin türk mənşəli olduğunu bildirmiş və öz məqaləsində bu dilin alınma sözlərini yunan, rumın və slavyan dillərindən alınmış sözlər olaraq üç yerə bölmüşdür.Qaqauz dilinin leksikasının tədqiqat tarixinə nəzər saldığımız zaman daha çox lüğət tərkibini təşkil edən alınma sözlərin obyekt kimi seçildiyini müşahidə edirik.Qaqauz dilinin onomastik sistemi də dilçilərin maraq dairəsində olmuşdur.Bu istiqamətdə görülən ilk işlər 1970-ci illərin əvvəllərində müşahidə olunur.Qaqauz dilində şəxs adlarının öyrənilməsi ilə S.S.Kuroqlu məşğul olmuşdur.Tədqiqatçının gəldiyi nəticəyə görə, müasir qaqauz dilində işlənən qaqauz adlarının çoxu xristian təqviminə daxildir və qədim yunan, latın, ivrit mənşəlidir.Qaqauz dilinin lüğət tərkibi ilə bağlı tədqiqat işlərinə XX əsrin II yarısından etibarən başlanmışdır və bu istiqamətdə araşdırmalar bu gün də davam edir.
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4411578779
FWCI:
Cites:
Cited by:
Related to: 10