Year: 2025
Type: article
Abstract: Açar sözlər: tabeli mürəkkəb cümlə, budaq cümlə, nəticə budaq cümləsi, Nizami Gəncəvi, Xəmsə Giriş: Nizami əsərlərinin dil xüsusiyyətlərini tədqiq edərkən görürük ki, bu əsərlər dilçiliyin bütün sahələri üzrə (fonetika, morfologiya, leksika, sintaksis və s.) işləyən tədqiqatçılar üçün mükəmməl faktiki dil materialları mənbəyidir.Bizim bu tədqiqatımızın məqsədi fars dili tabeli mürəkkəb cümlələrinin maraqlı və ən az işlənmiş bir növü -nəticə budaq cümlələrini Nizami Gəncəvinin -Xəmsə‖ məsnəviləri üzrə araşdırmaqdır.Azərbaycan dili sintaksisinin ən ardıcıl tədqiqatçısı görkəmli alim Ə. Abdullayev -Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr‖ adlı Ali məktəblər üçün dərs vəsaitində yazır: -Nəticə budaq cümləsi Azərbaycan dilinin ən az öyrənilən budaq cümlələrindən biridir‖ (Ə.Abdullayev, 1974: 306; Dilçilk Ensiklopediyası, 2008:135).Elmi yaradıcılığının əsas hissəsini fars dili sintaksisini araşdırmağa sərf etmiş professor Ə. Şəfai də فارسی ستاى -Fars dili qrammatikasının elmi əsasları‖ adlı tədqiqat əsərində yuxarıdakı fikrə uyğun məlumat vermişdir (Ə.Şəfai,1363: 516).Deyildiyi kimi hər iki dildə nəticə budaq cümləli mürəkkəb cümlələr az tədqiq olunmuşdur.Bu cümlələrdən professor Ə.Şəfai özünün -Müasir fars dilində mürəkkəb cümlələr‖ adlı doktorluq dissertasiyasında da bəhs etmişdir.Adından da göründüyü kimi, alimin bu dəyərli tədqiqat işi müasir fars dilinə, həm də əsasən nəsr dilinə aiddir.Fars dilinin sintaksisini kiçik və böyük tədqiqatlarda, məqalə və qrammatika kitablarında araşdırmaya cəlb etmiş A.K.Arands, Ə.Azəri, V.S.Rostarquyeva, Ə.Şəfai, R.Sultanov, H.Mahmudov, L.S.Peysikov, Y.A.Rubinçik, P.N.Xanləri, Ş.Niyazməhəmmədov, Ə.Giyəvi və H.Ənvəri kimi alimlər bu sahədə müəyyən işlər görmüş, dəyərli fikirlər söyləmişlər.Lakin bu tədqiqatçıların özlərinin də qeyd etdiyi kimi hələ bu dilin sintaksisində tam, öyrənilməmiş, tədqiqatçısını gözləyən bölümlər mövcuddur.Onlardan biri də poetik, mənzum dilin sintaktik quruluşudur.-Tabeli mürəkkəb cümlə özünün struktur-semantik xüsusiyyətləri ilə zəngin olan dil vahidir.Hər hansı dil vahidinin özünəməxsus normativ quruluş qayda-qanunları vardır.Bu mənada ümumi ədəbi dil normalarında olan standart konstruksiyalar, o cümlədən tabeli mürəkkəb cümlənin budaq cümlə növləri vahid təsnifata gəlir, onlar üçün ümumiləşdirilmiş qanunlar mövcuddur‖ (T.Müzəffəroğlu, 2002: 100). Əsas hissə.Bizim tədqiqatımız həm nəzm dilinə, şeiriyyata, həm də fars dilinin klassik dövrünə aid olduğundan ilk araşdırma işi kimi maraq doğurmalıdır.Nəzm və şeiriyyatın sintaktik quruluşunun əsaslı şəkildə nəsrlə verilmiş mətndən fərqli olduğu hər kəsə məlumdur.
Author: Asmatkhanim Mammadova
Language: English
Subfield: Language and Linguistics
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4411815998
