Ganja, the city that raised Nizami Ganjavi - as one of the important centers of Azerbaijan renaissance culture
Year: 2025
Type: article
Abstract: Açar sözlər: Gəncə, Azərbaycan İntibah mədəniyyəti, orta əsrlər, Şeyx Nizami Gəncəvi, Səlcuqlar, Şədadilər XI-XIII əsrlərdə Azərbaycanda mövcud siyasi vəziyyət, iqtisadi yüksəliş bu dövrdə mədəniyyətin daha da inkişaf etməsini şərtləndirmişdir.Təsadüfi deyildir ki, bu dövr intibah dövrü, intibah mədəniyyəti kimi xarakterizə olunmuşdur.Azərbaycanda müstəqil feodal dövlətlərin yüksəlişi, feodalizmin inkişaf etməsi, eləcə də Azərbaycanın Səlcuqlar dövlətinin hakimiyyəti altına düşməsi ilə siyasi pərakəndəliyin aradan qalxması nəticəsində ölkədə mədəniyyətin inkişaf etməsinə, elm və təhsilin inkişaf etməsinə gətirib çıxarmışdır.İntibah mədəniyyəti özündən əvvəlki dövrlərdən formalaşmış mövcud mədəniyyətin əsasında yaranmış, tarixi ənənələr üzərində bərqərar olmuşdur.Digər tərəfdən də mövcud dövlətlərin -Şirvanşahlar, Rəvvadilər və Şəddadilərin, daha sonra Səlcuqların, ondan sonra isə Atabəy Eldənizlərin mədəniyyətə, elm və təhsilə qayğıları, himayə etmələri nəticəsində bəhs olunan dövrdə formalaşmış mədəniyyət məhz intibah dövrü mədəniyyəti adlandırılmışdır.Monqolların dağıdıcı yürüşləri nəticəsində Azərbaycan şəhərlərinin məruz qaldığı dağıntılar mədəniyyətin də vəziyyətinə ciddi təsir etmiş, tənəzzül yaşanmışdır.Azərbaycan intibah mədəniyyətinin mühüm mərkəzlərindən biri də məhz Gəncə şəhəri olmuşdur.X əsrdən etibarən Arranın başlıca siyasi-inzibati, iqtisadi mərkəzi olmaqla yanaşı, Gəncə həm də mühüm elm, təhsil, mədəniyyət mərkəzi olmuşdur.Gəncə adına mənbələrdə həm də burada yaşamış, burada anadan olmuş və burada yetişmiş çoxsaylı alimin vətəni kimi də rast gəlinməkdədir.Gəncə Səlcuqlar dövründə mühüm elm və təhsil mərkəzi kimi rol oynamış, bura həm də sufiliyin mühüm mərkəzlərindən biri olmuşdur.Burada yerli sufi alimlər fəaliyyət göstərmişdir.Arran bölgəsinin alimləri arasında Qazı Tahir əl-Cənzi (Tahir Gəncəli) xüsusi qeyd edilir.Öz şəhərinin əyanlarından olan qazı Tahir əl-Cənzi fiqh və ədəb elmində fəzilətli olmuşdur [3, s. 174].Bu dövrdə Gəncədə zəngin kitabxananın, təhsil müəssisələrinin olması məlumdur.X əsrdən başlayaraq ərəb müəllifləri Gəncə haqqında Arranın -böyüklükdə bir-birinə bənzəyən, münbit torpaqlı, hər şeyi bol olan kiçik şəhərləri‖ndən biri kimi bəhs edirlər.Rusların 943-cü ildə Arranın mərkəzi olan Bərdəyə hücumu və şəhərin dağıdılaraq tənəzzülə uğramasından sonra, X əsrin ikinci yarısından etibarən Gəncənin Arranın əsas şəhərinə çevrilməsi prosesi başlayır və Gəncənin tədricən yüksəlməsi, həmin dövrdə Salarilər dövlətinin tərkibində olan Gəncənin 971-ci ildən -Arranşahi‖ ləqəbini qəbul etmiş Şəddadilərin yaratdıqları dövlətin əsas şəhərinə çevrilməsi ilə bağlıdır.Şəddadilər dövründə yüksək inkişaf dövrünü keçirən Gəncə, Səlcuq sultanlarının valilərinin iqamətgahına çevrildikdən sonra da öz əhəmiyyətini və qüdrətini saxlaya bilmişdi [4, s. 158-159].Gəncənin yüksəlişi və sonrakı mərhələdə mühüm dini, siyasi-inzibati, iqtisadi-ticarət, elm, təhsil və mədəniyyət mərkəzinə çevrilməsi prosesi Şəddadilər dövründə baş vermişdir.Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, ilk orta əsrlər dövrünə dair yazılı mənbələrdə Gəncənin adına
Author: Javid Bagirzade
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4411816094
