Work

Examples from Nizami's vocabulary in al-faruqi's "daneshname-ye qadarkhan" dictionary

Year: 2025
Type: article
Abstract: Əl-FARUQİNİN "DANEŞNAME-YE QƏDƏRXAN" LÜĞƏTİNDƏ NİZAMİNİN SÖZ XƏZİNƏSİNDƏN NÜMUNƏLƏRAçar sözlər: Əl-Faruqi, leksikoqrafiya, Şərəfnamə, "Danaşname-ye Qədərxan", "Şahnamə", izahlı lüğətlər GirişElm aləminə o qədər də tanış olmayan Əşrəf ibn Şərəf Əl-Müzəkkər Əl-Faruqinin "Daneşname-ye Qədərxan" lüğəti XV əsrin Hindistan məktəbinə aid olan nadir farsdilli əlyazmalarından biridir.Bu əsər geniş şəkildə tədqiq olunmasa da, 2014-cü ildə onun yalnız fotofaksimilesi kitab şəklində nəşr olunmuşdur.Lakin bu əlyazma qədim "Süls", "Roqa" və "Təəliq" xətlərinin qarışığı ilə tərtib olunduğundan müasir oxucuların ondan istifadəsi çətinləşir.Lüğətin yazılma tarixi və müəllifi haqda yalnız əsərin müqəddiməsindən məlumat əldə etmək olur.Allaha və peyğəmbərlərə sitayişlə başlanan bu əsərin Dilavərlər nəslindən olan Qurilər sülaləsinin əmiri Hindistanın Çəndiri ostanının valisi Qədərxan ibn-Zəfər xana ithaf olunduğu da göstərilir.Müəllif əsərin yazılma tarixini belə qeyd edir: "Peyğəmbər Əleyhüssəlamın Hicrətindən 807 il keçmiş, Zilhiccə ayının 21-də yazıldı" [1,s.66-67].Bu lüğətdə Əl-Faruqi müvafiq sözlərin izahı zamanı dövrün 80-ə yaxın söz ustadının şeir beytlərindən illüstrativ vasitə şəklində istifadə etmişdir və bu şairlərin içərisində ən çox adı çəkilən Şeyx Nizamidir.Müəllif dahi şairin "Xəmsə"sinin 195-ə yaxın beytlərindən, ən çox da "Şahların munisi" (yaxın dostu) adlandırdığı "Şərəfnamə"sindən yararlanmışdır.Əsas araşdirma XIV əsrin əvvəllərindən başlayaraq Hindistan, Pakistan və ətraf ölkələrdə müsəlman şahların sülaləsi hökmranlıq ediblər və bu dövr elmin və mədəniyyətin inkişafı dövrü hesab olunur.Uzun illər fars-tacik dili rəsmi dil olmaqla o qədər geniş yayılır ki, hətta Hindistan padşahları, məhəlli sülalələrinin hökmdarları da bu dili saray dili kimi elan edirlər.Beləliklə alimlər, şairlər, ədiblər və ali təbəqənin nümayəndələri saraylara toplaşırlar.Sarayda yaşayan ziyalılar dövrün ən savadlı və bilikli alimləri hesab olunurdular.Dövrün hökmdarları onları elmi əsərlərlə yanaşı leksikoqrafik əsərlər də yazmağa təhrik edirlər.Həmin illərdə farsdilli leksikoqrafik əsərlərin Hindistan məktəbinə aid olan nadir əlyazmalarından biri də Əl-Faruqinin "Daneşname-ye Qədərxan" adlı farsdilli lüğətidir.Filoloji və farmokoloji terminlərin izahına həsr olunduğuna görədir ki, müəllifi onun adını həqiqi mənada hikmət, elm və biliklərdən ibarət olan kitabı "Daneşname" adlandırmışdır.Bu əsərin yeganə əlyazma nüsxəsi hazırda Az.MEA M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılmaqdadır.Qədim mənbələrdə və təzkirələrdə bu lüğət kitabı haqda demək olar ki məlumat yoxdur.İlk dəfə 1958-ci ildə və sonrakı illərdə Tacikistan alimləri tərəfindən Rudəkinin yubileyləri münasibətilə yazdıqları bir neçə məqalədə [2,3,4] bu lüğətin adını çəkərək ondan istifadə etdiklərini qeyd etmişlər.Lakin bu müəlliflərin məqaləni yazmaqda əsas məqsədləri və tədqiqat işləri yalnız "Daneşname-ye Qədərxan" lüğətində təsadüf olunan Rudəki beytlərini tapmaq və araşdırmaq olmuşdur.
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4411816111
FWCI:
Cites:
Cited by:
Related to: 10