Year: 2025
Type: article
Abstract: XƏLİL YUSİFLİNİN ELMİ TƏDQİQATLARINDA ŞƏRQ İNTİBAHI PROBLEMLƏRİ Açar sözlər: Nizami Gəncəvi, Xəlil Yusifli, Şərq İntibahı, Qərb İntibahı, Şərq mədəniyyəti, Qərb mədəniyyəti, Azərbaycan mədəniyyəti, ümumtürk mədəniyyəti, klassik Şərq ədəbiyyatı Giriş Elmi dairələrdə İntibahın Şərq, yoxsa Qərb mədəniyyətində formalaşması ətrafında elmi baxışlarda ziddiyyətli, bir-birilərini inkar edən qənaətlərin özünü göstərməsi bu məfhum ətrafında mübahisələrin hələ də davam etməsini əks etdirir.İntibah Avropada feodalizmin dağılması və burjua cəmiyyətinin meydana çıxıb formalaşması ilə əlaqələndirilir.XIV əsrin əvvəlləri və XVI əsrin sonlarında İntibah dövrü və ya Renesans (fr.Renaissance, ital.Rinascimento -«Yenidən doğulma») Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi və Mərkəzi Avropada meydana çıxmışdır.Bəzi tədqiqatçıların fikrincə Avropada İntibah təxminən XIV-XVI əsrlərdə İtaliyada, XV əsrin sonu, XVI əsrdən isə digər ölkələrdə formalaşmışdır.Türk bədii məkanında Şərq-İslam intibahının Avropa intibahından əvvəl meydana çıxması sübut edilir.Əl-Farabinin idrak nəzəriyyəsi, Əbu Reyhan Biruninin insan zehni və onun intensiv fəaliyyətini əhatə edən fəlsəfi sistemi, Əbu Əli ibn Sinanın tibb sahəsindəki nailiyyətləri, Ömər Xəyyamın riyazi elmdə müvazi nisbətlər nəzəriyyəsi və s.Şərq dühaları İntibahın Şərqdə meydana çıxdığını isbatlayır.Adam Mets Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışının da istifadə olunmasını vurğulayaraq, Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına zəmin yaratdığını vurğulamışdır.Azərbaycan ədəbiyyatında humanizm prinsipləri əsasında qurulmuş XI-XII əsrlərdə Azərbaycan renessansının olması, bu renessansın IX yüzillikdən başlanan müsəlman elm dünyasından qaynaqlandığını və ümummüsəlman mədəniyyətinə az töhfələr verməməsi bəlli faktdır.
Author: Salida Sharifova
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4411816137
