Work

Services of Khalil Yusifli in the development of Azerbaijan nizami studies

Year: 2025
Type: article
Abstract: AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞININ İNKİŞAFINDA XƏLİL YUSİFLİNİN XİDMƏTLƏRİ Açar sözlər: Nizami Gəncəvi, Xəlil Yusifli, nizamişünaslıq, inkişaf Əməkdar Elm xadimi, filologiya elmləri doktoru, professor, "Şöhrət" ordenli Xəlil Yusiflinin adı Azərbaycan Respublikasında tələbə adını qazanaraq ali məktəblərin filologiya fakültəsinə daxil olan hər bir Azərbaycan gəncinin yaddaşında silinməz izlər buraxdığı kimi, Azərbaycan humanitar elminin, xüsusən Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövrünün, dahi Azərbaycan şairi Nizami Gəncəvinin tədqiqi ilə məşğul olan bir çox alimin də istinad etdiyi, bəhrələndiyi böyük alimlərdən biridir.Xəlil Yusifli Azərbaycan ədəbi-mədəni mühitinə bütün ruhu, varlığı ilə bağlanan və ona şərəflə xidmət edən bir insan idi.O, zəngin zəkası, məntiqi mühakimə qabiliyyəti ilə elm aləminə gəldiyi ilk anlardan müəllimləri olmuş akademik Həmid Araslı, professorlar Mir Cəlal Paşayev, Mirzağa Quluzadə və başqa onlarla alimin nəzər-diqqətini cəlb etmişdi.Məhz belə korifeylərin, klassiklərin ətrafında yetişən Xəlil Yusiflidən auditoriyada ölkəmizin gəncləri təkcə elmin sirlərini deyil, həm də xeyirxahlığı, prinsipiallığı, düzlüyü, saflığı öyrənmişlər.Elmi yaradıcılığının əsas tədqiqat obyekti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi olan Xəlil müəllim apardığı sanballı tədqiqatlara görə də dövrünün ən nüfuzlu nizamişünas alimlərdən biri idi.Sistemli tədqiqat işinə "Nizaminin lirikası" (1967) ilə başlayıb "Şərqdə intibah və Nizami Gəncəvi" (1987) mövzusunda doktorluq müdafiə edən Xəlil Yusiflinin araşdırmalarında Nizami Gəncəvi yaradıcılığının elə bir sahəsi yoxdur ki, bu və ya digər şəkildə ondan bəhs edilməsin.Məhz bunun nəticəsidir ki, Gəncə deyiləndə Nizami Gəncəvi xatırlandığı kimi, Xəlil Yusifli deyəndə də Nizami Gəncəvini xatırlamamaq mümkün deyil.Xüsusilə həm yazdığı monoqrafiyalarda, həm də iştirak etdiyi yerli və beynəlxalq konfranslarda dahi şairimizin milli mənsubiyyəti ilə bağlı söylədiyi elmi və əsaslandırılmış dəlilləri, əlbəttə ki, nizamişünaslıq sahəsində gördüyü işlərin hələ bir qismidir.Qeyd etdiyimiz məsələ ilə bağlı sadəcə bir fakta müraciət etmək istəyirəm.Alim 2013-cü ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilmiş "Nizaminin etnik mənsubiyyəti: həqiqət və uydurmalar" məqaləsində yazırdı: "Nizaminin etnik mənsubluğu onun əsərlərindən gün kimi aydındır.Özünü dünyanın və bütün insanlığın şairi hesab edən bu dahi insan, fövqəlalim sənətkar yeri düşdükcə hansı etnosa mənsub olduğunu bildirməkdən də çəkinmir.Onun Azərbaycan türkcəsində yazılmış əsərləri gəlib bizə çatmasa da, biz bu qənaətdəyik ki, bu bənzərsiz şair doğma türkcədə də əsərlər yazmışdır.Onun əsasən farsca yazması dövrün, zamanın tələbi idi.Sarayların tələbi idi.Nizaminin türklüyünü danan, onun bir fars olduğunu iddia edənlərin yanlış, xəstə müddəalarını rədd edir və belə düşünürük ki, uydurma üsullarla Nizaminin türklüyü haqqındakı həqiqəti danmaq mümkünsüzdür" [6].Qayğıkeş alimin Azərbaycan nizamişünaslığının inkişafındakı xidmətləri birmənalı olaraq misilsizdir.Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin latın qrafikalı nəşrlərlə bağlı 2004-cü ildə imzaladığı Sərəncamda Nizami Gəncəvinin yeddi kitabının nəşrə hazırlanmasının Xəlil Yusifliyə həvalə edilməsi bunun bariz nümunəsi idi.Xəlil Həmid oğlu Yusifli 1935-ci ildə Qazax rayonunun Aslanbəyli (keçmiş Əlibayramlı kəndi) kəndində kəndli ailəsində anadan olub.Atası Həmid Ömər oğlu Yusifov
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4411816171
FWCI:
Cites:
Cited by:
Related to: 10