Year: 2025
Type: article
Abstract: NÜZHƏT -ƏL MƏCALİS"DƏ ADI ÇƏKİLƏN "GƏNCEYİ" TƏXƏLLÜSLÜ ŞƏXSİYYƏTLƏRAçar sözlər: XII əsr, Gəncəli şairlər, "Nüzhət-əl məcalis" toplusu, tanınmayan gəncəli şəxsiyyətlər Giriş: XII əsr, məhz Gəncə ədəbi mədəni mühitinin önə çıxması ilə, Azərbaycanda poetik məktəbin təməlinin qoyulması eyni vaxta təsadüf edir.Bu ədəbi mədəni mühit dünyaca məşhur olan dahiləri ilə yanaşı, sonralar onların yaratdıqları parlaq ədəbiyyat nümunələri ilə də dünyaya səs salmışdır."Yalnız XII əsr içində o qədər qüdrətli qələm sahiblərimiz yaşayıbyaradıb ki, çox-çox xalqların bütöv tarixi boyu vücuda gəlmiş ədəbiyyatlarının çəkisi bu tutuşdurmada kasıb görünür" [4, 4]."Nüzhətül-məcalis"in XIV əsrdə köçürülmüş məlum nüsxəsi Türkiyədə İstanbulun Carullah kitabxanasında saxlanılır.Kitab, 10 ilə (1250-1260) yazmılmışdır.Kitabın Azərbaycan dilində tərcüməsi, mənası "Ürəkaçanlar məclisi" deməkdir.Kitabı Azərbaycan dilinə filologiya elmləri doktoru, professor Nəsib Göyüşov tərcümə etmişdir.Və əlimizdə olan bu kitabı nəşr edən AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev olmuşdur.Tərtibçisi Camal Xəlil Şirvani olan "Nüzhətülməcalis" kitabındakı, X-XIII əsrlərdə farsca yazıb-yaratmış rübailər toplusuna nəzər saldıqda adını belə eşitmədiyimiz nə qədər Gəncədə yazıb, yaradan şəxsiyyətlər barədə məlumatlar alırıq.Şirvanşah Əlaəddinin adına tərtib olunmuş bu kitabda 380 nəfər böyük və kiçik Azərbaycan şairlərinin əsərləri barədə məlumatlar öyrənə bilərik.Bu cüngün ən vacib cəhəti bizə naməlum olan sənətkarların aşkar olunmasıdır.Cüngün daha bir özəlliyini də Xəlil Yusifli belə qeyd edir: "Cüngün qiymətli cəhətlərindən biri də odur ki, burada Nizaminin başqa heç bir mənbədə qeyd olunmayan 10 rübaisi qorunub saxlanılıb.Az qala şəxsiyyətinə şübhə edilən Məhsəti Gəncəvinin isə 90 rübaisi var " [2, 98].Bu kitabın Gəncə tarixi və ədəbiyyatı üçün önəmini Rafael Hüseynov da xüsusilə qeyd edir."Nüzhət əl-məcalis"ədək biz Rəziyyə Gəncəvi, Doxtər-e Salar, Doxtər-e Həkim, Gavə, Doxtər-e Səti, Doxtər-e Xətib kimi şairlərimizin varlığından xəbərsiz idik" [3, 97].Kitabda nə az, nə çox, 24 (bəzi mənbələrdə 30 qeyd edilir) Gəncə şairinin yazdıqlarından nümunələr verilib.Bu bizə onların varlığı haqqında əsaslı sübutdur.Lakin kitabda yalnız yaradıclıq nümunələri verildiyi üçün həmin Gəncə şairlərinin həyatı haqqında bir məlumat verə bilmirik.Bu onu göstərir ki, həmin dövrdə Gəncə şəhəri elm, mədəniyyət, sənət və ədəbiyyat mərkəzi olaraq, Azərbaycanın inkişafında hansı önəmi daşımışdır."Nüzhət əl-məcalis" də rübailəri verilən və istər adları, istərsə də hər hansı şeirləri verilən ədəbi dövriyyədə olmayan gəncəli şairlərin sayı 30-a yaxındır.Əlbəttə, biz yalnız o şəxsləri əminliklə "gəncəli" deyə ayırırıq ki, adlarının, ya təxəllüslərinin yanında nisbələri işlənib.Amma topluda nisbəsi nişan verilməyən, rübailərinin üstündə imza olaraq yalnız təxəllüsləri göstərilən şairlər də az deyil" [3, 97].Adlarını qeyd edə bildiyimiz bu qədər gəncəli şairlərin arasında Rafael Hüseynovun da qeyd etdiyi kimi hələ neçə belə şairlər müəyyən etmək mümkün olardı.Biz yalnız adının qarşısında "Gəncəvi", "Gənceyi" təxəllüsü yazılan şairləri "Gəncəli şair" kimi götürmüşük.Baxmayaraq ki, bu şairlərin əlyazmalarının
Author: Turkan Verdiyeva
Language: English
Subfield: Literature and Literary Theory
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4411816242
