Year: 2025
Type: article
Abstract: Xülasə.Məqalədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə arasındakı münasibətlərdə apardığı yorulmaz siyasi fəaliyyəti tədqiq edilmişdir.Tarixi faktlarla sübut olunmuşdur ki, Heydər Əliyev hakimiyyətə gəldiyi ilk dövrdən qardaş respublika ilə bütün sahələrdə (iqtisadi, siyasi, mədəni, hərbi) faydalı əməkdaşlığa çalışmış, Türkiyəni Azərbaycanın bir nömrəli müttəfiqinə çevirmişdir.Heydər Əliyevin Türkiyəyə, eyni zamanda müvafiq olaraq Türkiyə Cümhuriyəti rəsmilərinin ölkəmizə etdiyi rəsmi səfərlər, burada aparılan müzakirələr, imzalanan müqavilələr və bunların gələcək inkişaf perspektivləri araşdırılmışdır.Ölkələrimiz arasındakı strateji əməkdaşlığın böyük siyasi fəaliyyət nəticəsində gündən-günə dərinləşməsi qeyd olunmuşdur.
Language: Azerbaijani
Topic: Historical Turkish Studies
Field: Social Sciences
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4412349697
