Work

The syntactic features of onomastic units in artistic literature

Year: 2025
Type: article
Abstract: BƏDİİ ƏDƏBİYYATDAKI ONOMASTİK VAHİDLƏRİN SİNTAKTİK ÖZƏLLİKLƏRİ Xülasə Sözlərin müxtəlif dillərdə yaranması da fərqli yollarla baş verir.Azərbaycan dilində sözlər leksik, semantik, morfoloji və sintaktik yolla yaranır.Bəzən xüsusi adların məzmununda çoxkomponentlik özünü göstərə bilir.Dilçilikdə onomastik vahidlərin analitik (sintaktik) yolla söz yaranmasına çox rast gəlinir.Burada iki və daha artıq dil vahidinin iştirakı nəzərdə tutulur.Bu cür onomastik vahidlər bədii ədəbiyyatda da yüksək poetik xüsusiyyətlərə malikdir.Məqalədə bu adların sintaktik xüsusiyyətlərinin təhlilinə yer verilmişdir.Açar sözlər: poetik onomastika, bədii ədəbiyyatda adlandırma, sintaksis, dilin tarixinin onomastik vahidlərdə əksi Giriş Hər bir xalqın dilində mövcud olan şəxs adları həmin xalqın yalnız sosial və mədəni varlığını deyil, həm də tarixi inkişaf mərhələlərini özündə ehtiva edən mühüm bir onomastik vahiddir.Bu adlar xalqın mənəvi dünyasının, düşüncə tərzinin, dini inanclarının və ictimai münasibətlərinin aynası rolunu oynayır.Xalqın tarixi qədər onun adlar sistemi də qədim və zəngindir.Tarixin müxtəlif mərhələlərində formalaşmış şəxs adları toplumun keçdiyi yolun, qarşılaşdığı hadisələrin və inkişaf dinamikasının göstəricisi kimi çıxış edir [6].İlk adlar hələ ibtidai icma quruluşu dövründə, qəbilə şəraitində meydana gəlmişdir.Hər qəbilənin özünəməxsus adları olmuş, bu adlar əsasən fiziki xüsusiyyətlər, təbiət hadisələri, heyvan və bitki adları, yaxud qəhrəmanlıq göstəriciləri ilə bağlı olmuşdur.Adlar, ilk növbədə, fərdlərin bir-birindən ayırd edilməsini təmin etmək məqsədi daşısa da, zamanla daha mürəkkəb funksiyalar daşımağa başlamışdır.İnsan cəmiyyətinin inkişafının yeni mərhələsində tayfa birləşmələrinin xalq halına gəlməsi dövründə cəmiyyət daxilində ünsiyyətin və qarşılıqlı münasibətlərin genişlənməsi xüsusi şəxs adlarına olan ehtiyacı artırmışdır.Artıq bu mərhələdə adlar təkcə ayırd etmə funksiyası daşımır, həm də ailə mənsubiyyətini, ictimai statusu, mədəni və dini dəyərləri əks etdirən bir vasitəyə çevrilir.Beləliklə, şəxs adları tədricən formalaşır, sabitləşir və nəhayət, cəmiyyət daxilində bir ənənəyə çevrilir.Azərbaycanın qədim yazılı abidələri, xüsusilə "Kitabi-Dədə Qorqud" dastanları, onomastik materiallarla zəngindir.Bu əsərdəki boylarda qeyd olunan kişi və qadın adları o dövrün adqoyma meyarları, sosial münasibətləri və dil xüsusiyyətləri haqqında əhəmiyyətli məlumatlar verir.Dədə Qorqud dastanlarındakı Bamsı Beyrək, Qazan xan, Burla xatun, Selcan xatun kimi adlar həm qəhrəmanlıq, həm də mənəvi dəyərlərlə bağlıdır.Bu adlar vasitəsilə qədim türklərin dünya görüşünü, ailə münasibətlərini, gender rollarını və estetik anlayışlarını öyrənmək mümkündür.
Language: English
Open Access status: bronze
OpenAlex ID: W4412585642
FWCI:
Cites:
Cited by:
Related to: 10