Year: 2025
Type: article
Abstract: AZƏRBAYCAN KİTAB MƏDƏNİYYƏTİNİN İNKİŞAF MƏRKƏZLƏRİ XülasəYaxın Şərqdə, o cümlədən Azərbaycanda əlyazma kitablarının aşağıdakı növləri geniş yayılmışdı: divan, məcmuə, dərslik, səlnamə, ziyc, cüng, risalə, xabnamə, təzkirə və b. mövzu baxımından, fəlsəfə, təbabət, nücum, riyaziyyat, musiqi, tarix, coğrafiya, əxlaq, bədii ədəbiyyat və s. dair kitablara rast gələ bilərik.Əlyazmaların böyük qismini Quran və islam elmləri (təfsir, hədis, kəlam, fiqh, irfan) təşkil edir.Azərbaycanda xalqın maariflənməsi, klassik elmlərin yayılmasında mədrəsə aparıcı rol oynayırdı.Azərbaycanda hələ orta əsrlərdə elmin və tədris prosesinin təşəkkül və təkamülündə məktəbmədrəsələrin fəaliyyəti böyük önəm kəsb edir.Təbriz və Marağa kimi böyük şəhərlərin məktəb-mədrəsələrindən söhbət açsaq, bu şəhərlərin məktəb-mədrəsələrində zəngin şəxsi kolleksiyası olan tanınmış alim və müəllimlərin olduğunu görərik.XV əsrin sonu XVI əsrin əvvəllərində Şeyx Səfi məqbərəsində məşhur "Dar əl-irşad" mədrəsəsi fəaliyyət göstərirdi.Mədrəsə ənənəsi XIX əsrdə də davam edirdi.Müsəlman məktəbləri səviyyəsinə görə iki tip olurdu.Bunlardan biri məktəb, digəri isə mədrəsə adlandırılırdı.Məna etibarilə məktəb təhsilin ibtidai, mədrəsə isə ali dərəcəsi hesab olunurdu.Məktəb bir növ mədrəsəyə hazırlıq mərhələsi idi.Mədrəsə xalqı maarifləndirməklə yanaşı, həm də onun dünyagörüşünün genişləndirilməsi və bilik səviyyəsinin yüksəldilməsi işinə xidmət edirdi.Şagirdlərin xəttini təkmilləşdirmək üçün onlara, əsasən "Gülüstan", "Leyli və Məcnun", "Yusif və Züleyxa" əsərləri üzərində işləmək tapşırılırdı ki, bunda da məqsəd nüsxələrin sayını artırıb, bütün Azərbaycana yaymaq idi.Mədrəsə hücrələrindən biri kitabxana üçün ayrılır, kitablar rəflərə və ya həsir döşənmiş döşəmə üzərinə yığılırdı. Açar sözlər: Azərbaycan,
Source: Manuscripts Do not Burn
Author: Nazim Yarmammmadov
Language: English
Subfield: History
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4412585651
