Year: 2025
Type: article
Abstract: PREDİKATİV KONSTRUKSİYALARIN CÜMLƏ DAXİLİNDƏKİ FUNKSİYALARI XülasəPredikativ konstruktsiyaların cümlə daxilindəki funksiyaları dilin strukturunu və semantik məzmununu izah etməkdə əhəmiyyətlidir.Bu mövzu dilin qrammatik quruluşunu, cümlədəki predikatın rolunu və onun müştərək elementlərlə əlaqəsini araşdırır.Predikatların cümlə daxilindəki funksiyaları, həmçinin müxtəlif dillərdə və dillərarası qarşılıqlı əlaqələrdə əhəmiyyətli yer tutur.Məqalə predikatın müxtəlif tipologiyalarını, onların cümlədəki əhəmiyyətini və dəyişən sintaktik strukturlarda necə istifadə olunduğunu araşdırır.Cümlənin predikat konstruksiyaları, həmçinin təcrübə, arqument və intonasiya kimi dil elementləri ilə necə əlaqəli olur, buna da geniş yer verilir.Dilçilikdə predikativlik məntiqi-qrammatik hadisə kimi qeyd olunur.Predikativlik cümlənin müəyyənləşdirilməsinin əsas meyarı sayılır.Hər bir cümlədə predikativliyə aid xüsusiyyətin olması labüddür.Predikativ konstruksiya isə cümlədə subyektin vəziyyətini, xüsusiyyətini və ya kimliyini göstərən bir quruluşdur.Məqalənin yazılmasında müxtəlif elmi mənbələrdən istifadə edilmişdir. Açar sözlər: predikat,
Source: Manuscripts Do not Burn
Author: Sarina Rahimova
Language: English
Subfield: Language and Linguistics
Field: Arts and Humanities
Domain: Social Sciences
Open Access status: bronze
OpenAlex ID: W4412585661
