Year: 2025
Type: article
Abstract: Annotasiya.Ədəbiyyat və texnologiyanın qarşılıqlı əlaqəsi müəllif və oxucu ünsiyyətinin mənzərəsini xeyli dəyişdiyi kimi, ədəbiyyatşünaslıq elmi və ədəbiyyatşünaslarımızın fəaliyyəti mütənasibliyinin yeni mənzərəsini də yaratmış oldu.Bu mənzərənin yeni parametrlərindən biri də dünyada ən müxtəlif bilik sahələrində geniş istifadə olunan elmmetrik dəyərləndirmədir.Təqdim olunan məqalə ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyatşünas alim, yazıçı, filologiya elmləri doktoru Salidə Şəmməd qızı Şərifovanın elmi yaradıcılıq yolunun bibliometrik və vebometrik təhlilinə həsr olunub.S.Şərifova Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm", "Rəsul Rza", "İstinadda rekord" və digər mükafatlara layiq görülmüşdür.Məqalədə filologiya elmləri doktoru S.Şərifovanın təqdim edilən bibliometrik göstəriciləri humanitar elmlərin istənilən sahəsində təhsil alan, işləyən və tədqiqat aparan tədqiqatçılar və digər mütəxəssislər üçün maraqlı ola bilər və elmmetrik platforamalarda ünsiyyətə açıqdır.
Source: Poetika izm
Author: Zakira Aliyeva
Language: English
Subfield: Statistics, Probability and Uncertainty
Field: Decision Sciences
Domain: Social Sciences
Open Access status: diamond
OpenAlex ID: W4412753916
