Work

The reflection of death and suicide in the works of Ryunosuke Akutagawa

Year: 2025
Type: article
Abstract: Annotasiya.XX əsr yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Ryunosuke Akutaqava insan psixikasının qaranlıq qatlarını, fərdin mənəvi dilemmasını və ekzistensial böhranını bədii şəkildə ifadə etməyi bacaran yazıçılardandır.Yazıçının yaradıcılığında ölüm və intihar mövzusu yalnız fiziki yoxluq deyil, həm də insanın daxili parçalanması, cəmiyyət və özü ilə bağlarının qopması kontekstində təqdim olunur.Bu baxımdan, Akutaqavanın əsərlərində ölüm bir hadisə olaraq deyil, daha çox psixoloji və fəlsəfi vəziyyətin -mənəvi boşluğun, dəyərlər sisteminin çöküşünün və həyatla əlaqənin zəifləməsinin ifadəsi kimi çıxış edir.Yazıçının bu şəkildə yanaşması onu dövrünün bir çox realist yazıçılarından fərqləndirir.Xüsusilə ölüm və mənəviyyatla bağlı təhlilləri Akutaqavanı ekzistensializm fəlsəfəsilə bağlayır.Freydin təsiri ilə insanın şüuraltı motivlərini, nevrotik durumlarını və tənhalığını təsvir etməsi isə birbaşa psixoloji realizmlə səsləşir.Eyni zamanda ölüm, qaranlıq, tənhalıq, dişli çarxlar, qapı (Raşomon) kimi simvolik obrazlar yazıçının düşüncə tərzində simvolizmin -simvolist yanaşmanın təzahürləridir.Daxili gərginliyin vizual formalarla təqdimatı isə ekspressionizm elementləridir.Akutaqavanın qəhrəmanları tez-tez dünyaya, insanlara və özlərinə olan inamı itirirlər.Onların daxili aləmində hökm sürən tənhalıq, boşluq və mənasızlıq hissi getdikcə güclənir və bu da nəticədə ölüm düşüncəsinin labüd şəkildə ortaya çıxmasına səbəb olur.Bu ölüm bəzən açıq şəkildə göstərilməsə də, qəhrəmanın ruhi tükənməsi, emosional əlaqələrin qırılması və dəyərlərin dağılması kimi təqdim olunur.Beləliklə, intihar burada yalnız bioloji yoxluq deyil, həm də mənəvi intihar, yəni vicdanın, inamın və məqsədin itirilməsi ilə assosiasiya olunur.Akutaqavanın qəhrəmanları Haydegerin ifadəsi ilə desək, "ölümün fərqində olan varlıqlar"dır, onlar üçün ölüm sadəcə bir son deyil, həyatın mahiyyətini sorğulama vasitəsidir.Digər tərəfdən, J.P.Sartr intiharı insanın iradə azadlığının son həddə çatmış forması kimi şərh edir ki, Akutaqava yaradıcılığında da intihar heç də həmişə zəifliyin yox, bəzən şüurlu seçim və mənəvi etirazın ifadəsi şəklində təzahür edir.
Source: Poetika izm
Language: English
Open Access status: diamond
OpenAlex ID: W4412754165
FWCI:
Cites:
Cited by:
Related to: 10